Məhkəmə qərarları › İş №2(057)-1747/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1747/2024

28.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1747/2024 28.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi həmin binanın İ mərtəbəsindəki 144 kvm sahəyə verilən elektrik, qaz, su verilişi və mübahisə bitənə qədər həmin sahədə işin dayandırılması, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşəm Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahəyə görə bu günə qədər istifadə etdiyi üçün 74 ay x 1000 manat = 74000 manat onun verdiyi 100000 manatın çıxılaraq qalan 26000 manatın Cavabdeh hesabına ödənilməsinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahədən Cavabdeh çıxarılması və həmin sahənin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və 2(057)-1747/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 16:40-da təyin olunmuş məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini göstərərək məhkəmə prosesinin başqa tarixə təyin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hər iki işdə tərəflər, işin predmeti və əsaslar eyni olduğuna görə hazırki işin icraatının Salyan rayon məhkəməsinin hakimi cənab Ənnağı Məmmədlinin icraatında olan e-2(057)-1364/2024 nömrəli işin icraatına birləşdirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 16:40-da təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirakı olmadan məhkəmə hazırlıq iclasını keçirib, icraatın birləşdirilməsinə dair qərardad qəbul edilərək mülki işin hakim Ənnağı Məmmədliyə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair 2(057)-1747/2024 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və əmlakın naturada bölünməsi” tələbinə dair 2(057)-1364/2024 nömrəli mülki işə birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kv.m sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair 2(057)-1747/2024 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və əmlakın naturada bölünməsi” tələbinə dair 2(057)-1364/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar