Məhkəmə qərarları › İş №2(057)-1763/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1763/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1763/2024 01.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olan cehiz əmlakının və qızıl-zinət əşyalarının və ya onların pul ilə bazar qiymətinə uyğun olaraq 10000 (on min) manat məbləğində dəyərinin, 50 manat mediasiya xərcinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qızı X5 Cavabdeh1 ilə 22 oktyabr 2016-cı il tarixdə Saylan rayon Arabat kənd İƏN-də 27 saylı rəsmi nikah qeydə aldırmaqla evlənərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olublar. Cavabdeh1 və ailə üzvlərinin iştirakı ilə toy mərasimi keçirildikdən sonra qızı heç bir qeyqşərt olmadan əvvəlldən özlərinə məxsus olan və ata evindən apardığı ona cehiz verilmiş əmlakları, həmçinin həmin vaxtadək oğlan evi tərəfindən ona hədiyyə kimi verilməklə bağışlanmış əmlakları ilə birlikdə cavabdehlərin faktiki yaşadığı Salyan rayonu, Arbatan kəndinə gəlin köçməklə ərə gəlib yaşamağa başlamışdı. Sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən qızı ailə münasibətlərini sonlandırmaq istəmişdir. Lakin yoldaşı 2023-cü ilin avqust ayında qızını amansızlıqla qətlə yetirmişdır Cavabdeh1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətində azadlıqdan məhrum edilmiş və halhazırda 11 saylı cəzəçəkmə müəssəsində cəzasını çəkir. Qızına məxsus bütün əmlakları cavabdehlərin faktiki olaraq yaşadığı Salyan rayonu, Arbatan kəndindəki fərdi yaşayış evində qalmışdır. Mərhum qızına məxsus əmlakın könüllü qaydada qaytarılması ilə əlaqədar cavabdehlərə etdikləri müraciətlər müsbət nəticə verməmiş, əmlakları könüllü şəkildə qaytarmaqdan əsassız olaraq imtina etmişlər, onu lüzumsuz məhkəmə çəkişməsinə və artıq xərclərə vadar etmişlərdir. Cavabdehərlə aralarında yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn mübahisə olduğuna görə və mübahisəni öz aralarında həll edə bilmədiyindən xx.xx.2024-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cehiz əmlaklarının qaytarılması və qızıl-zinət əşyalarının tələbinə ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdehlər mediasiya sesiyasında iştirak etmədiyindən mediator X4 tərəfindən MŞS/MT- 028/2024/0347 nömrəli ilkin mediasiya sessiyasından iştirak edilməməsi baradə arayış verilmişdir. Odur ki, mərhum qızına məxsus əmlakın cavabdehlərdən məcburi qaydada alınıb özünə qaytarılmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Toy və nişan mərasimlərində qızına hədiyyə edilmiş və ər evinə köçərkən özü ilə apardığı qızıl-zinət əşyaları və digər əmlakların cavabdehlərin yaşadığı Salyan rayonu, Arbatan kəndindəki fərdi yaşayış evində qalmışdır. Hazırda cavabdehlərdə qızıl-zinət əşyalarından ibarət aşağıdakı əmlaklar qalmışdır: Komplekt dəsti (Bir cüt sırğa, üzük, qolbaq,sep) 17qram çəkidə rus qızılı - 2700 manat, 1 ədəd həri üzüyü 4 gram çəkidə - 550 manat, 1 ədəd nişan üzüyü -650 manat. Cəmi: 3900 manat. Hazırda cavabdehlərdə əvvəllərdən qızına məxsus olmuş və cehiz kimi apardığı aşağıdakı əmlakları qalmışdır. Mebellər: yataq dəsti-taxt, şfoner, şkaf, termo, uşaq çarpayısı və şkaf, qonaq otağı-künc divanı, stol, stul – 6 nəfərlik, jurnalnı stol, künc mebeli. Cəmi 3000 manat. Elektron əşyalar: Plazma tv 102 dioqnal-900 manat, divar saatı-55 manat, tozsoran su ilə işləyən-250 manat, ətçəkən - 270 manat, şirə çəkən-70 manat, tefal çaynik-50 manat, mikser-80 manat, xalça 2 ədəd 3x4 - 150 manat, pərdə 3 ədəd yatağ otağı üçün və 2 ədəd qonaq otağı üçün, yataq Gəlincik 1 ədəd-150 manat, örtük 2 ədəd, 1 ədədi-70 manat, blendr-65 manat, ütü-50 manat, peyk antenası və apartı-50 manat, 2 ədəd yemək serviz və 1 ədəd gündəlik serviz, qazan 3 dəst. aliminum, tefal, çuğun, mətbəx alətləri, kasa dəsti və s, çılçıraq 2 ədəd yataq və qonaq otağı üçün - 250 manat, yorğan döşək dəstləri 3+3, başaltı 6 ədəd, xrustal güldan-70 manat, stol örtüyü 6 ədəd, 1 ədədi-30 manat, pastel dəstləri 4 dəst və dəsmallar-170 manat, rumkalar 4 dəst-200 manat, ütü feni-50 manat, meyvə qabı-50 manat, qaşıq dəsti-70 manat, hamam əşyaları. Cəmi 3100 manat. Ümumi məbləğin dəyəri: 10.000 manat. Odur ki, mərhum qızının ərə getməyi ilə əlaqədar ona bağışlanmış və cavabdehlərdə qalmış qızıl-zinət əşyalarının və ata evindən apardığı ona cehiz verilmiş əmlakların özlərinin, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərində 10.000 (on min) manat məbləğində kompensasiya, həmçinin mediasıya arayışı almaq üçün ödədiyi 50 manat məbləğində rüsum pulu, məhkəməyə ödədiyi 70 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada məcburi alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, G.Quliyeva ilə nikahda olduğu dövrdə onu xəyanət etdiyinə görə öldürdüyünü, buna görə hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, birgə nikah dövründə övladları dünyaya gəldikdə maddi imkanları aşağı olduğuna görə qızıl-zinət əşyalarını birgə sataraq xərclərə ödədiklərini, cehiz əşyaların isə bir qisminin işlənərək yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 onun oğludur. Oğlu ilə G.Quliyeva ailə qurduqdan sonra bir müddət birlikdə yaşamış, lakin sonradan ayrı evə köçmüşdürlər. G.Quliyeva xəyanət etdiyinə görə oğlu onu qətlə yetirmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cehiz əşyaların qaytarılmasına etiraz etmir, həmin əşyaların bir qismi onun öz evində, bir qismi isə oğlunun evindədir. Lakin qızıl-zinət əşyalarından məlumatsızdır. Çünki onlar bir müddət sonra birgə nikah dövründə ayrı yaşamış, ehtiyaclarını özləri qarşılamış, bu səbəbdən həmin əşyaların hazırda harada olmasından və ya satılmasından məlumatsızdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçı və cavabdehin nümyəndələrinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə travmatik ikincili və ya residivləşən qanaxma səbəbindən Salyan şəhərində ölmüşdür. Salyan regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və X2 nikahı haqqında xx.xx.2016-cı il tarixdə 27 №-li akt qeydi tərtib olunmuşdur. Nikaha G.Quliyevanın xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. MŞS/MT-028/2024/0347AM saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə cehiz əmlak və qızıl-zinət əşyalarının tələbi ilə bağlı təşkilata müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün arayış tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və X5 ailə quraraq, nikahlarını xx.xx.2016-cı il tarixdə Salyan rayon Arbatan inzibati ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Nikaha G.Quliyevanın xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. İddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı evə aparmış, sonradan G.Quliyeva öldüyündən hazırda ona məxsus əşyalar Salyan rayonu Arbatan kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu və yaşadığı evdə qalmışdır. Məhkəmə iddia tələbinin cehiz əmlakların qaytarılması tələbinə dair hissədə hesab edir ki, iddia bu hissədə təmin edilməli, qanunvericiliyin tələblərinə görə, İddiaçı qızına məxsus yuxarıda adı çəkilən əşyalar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsin əsasən, mülkiyyətçınin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair hissədə isə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdehlərin yaşadıqları evdə olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciətində qızılların birgə nikah dövründə satıldığını bildirmişdir. Hazırda isə qızıl-zinət əşyalarının məxsus olduğu G.Quliyeva öldüyündən, iddianın bu hissəsinə münasibətdə obyektiv həqiqətin müəyyən edilməsi mümkün olmadığından, məhkəmə Cavabdeh1 ərizəsi üzrə izahatını əsas götürərək iddanın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı qızına məxsus cehiz əşyaları mebellər: yataq dəsti-taxt, şfoner, şkaf, termo, uşaq çarpayısı və şkaf, qonaq otağı-künc divanı, stol, stul – 6 nəfərlik, jurnalnı stol, künc mebeli (cəmi 3000 manat), Elektron əşyalar: Plazma tv 102 dioqnal-900 manat, divar saatı-55 manat, tozsoran su ilə işləyən-250 manat, ətçəkən - 270 manat, şirə çəkən-70 manat, tefal çaynik-50 manat, mikser-80 manat, xalça 2 ədəd 3x4 - 150 manat, pərdə 3 ədəd yataq otağı üçün və 2 ədəd qonaq otağı üçün, yataq Gəlincik 1 ədəd-150 manat, örtük 2 ədəd, 1 ədədi-70 manat, blendr-65 manat, ütü-50 manat, peyk antenası və apartı-50 manat, 2 ədəd yemək serviz və 1 ədəd gündəlik serviz, qazan 3 dəst (aliminium, tefal, çuğun), mətbəx alətləri, kasa dəsti və s. çılçıraq 2 ədəd yataq və qonaq otağı üçün - 250 manat, yorğan döşək dəstləri 3+3, başaltı 6 ədəd, xrustal güldan-70 manat, stol örtüyü 6 ədəd, 1 ədədi-30 manat, pastel dəstləri 4 dəst və dəsmallar-170 manat, rumkalar 4 dəst-200 manat, ütü feni-50 manat, meyvə qabı-50 manat, qaşıq dəsti-70 manat, hamam əşyaları (cəmi 3100 manat) ibarət əmlaklar, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı halda isə onların dəyəri, mediasiya xərci olan 50 manat və 70 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı qızına məxsus cehiz əşyaları mebellər: yataq dəsti-taxt, şfoner, şkaf, termo, uşaq çarpayısı və şkaf, qonaq otağı-künc divanı, stol, stul – 6 nəfərlik, jurnalnı stol, künc mebeli (cəmi 3000 manat), Elektron əşyalar: Plazma tv 102 dioqnal-900 manat, divar saatı-55 manat, tozsoran su ilə işləyən-250 manat, ətçəkən - 270 manat, şirə çəkən-70 manat, tefal çaynik-50 manat, mikser-80 manat, xalça 2 ədəd 3x4 - 150 manat, pərdə 3 ədəd yataq otağı üçün və 2 ədəd qonaq otağı üçün, yataq Gəlincik 1 ədəd-150 manat, örtük 2 ədəd, 1 ədədi-70 manat, blendr-65 manat, ütü-50 manat, peyk antenası və apartı- 50 manat, 2 ədəd yemək serviz və 1 ədəd gündəlik serviz, qazan 3 dəst (aliminium, tefal, çuğun), mətbəx alətləri, kasa dəsti və s. çılçıraq 2 ədəd yataq və qonaq otağı üçün - 250 manat, yorğan döşək dəstləri 3+3, başaltı 6 ədəd, xrustal güldan-70 manat, stol örtüyü 6 ədəd, 1 ədədi-30 manat, pastel dəstləri 4 dəst və dəsmallar-170 manat, rumkalar 4 dəst- 200 manat, ütü feni-50 manat, meyvə qabı-50 manat, qaşıq dəsti-70 manat, hamam əşyaları (cəmi 3100 manat) ibarət əmlaklar, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı halda isə onların dəyəri, mediasiya xərci olan 50 manat və 70 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar