Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1775/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədə iddianı müdafiə edərək bildirmişdir ki, oğlu artıq cavabdehlə boşanmış, nəvəsi Mələkxanım qətnamə əsasında anasının yanında qalmışdır. Mələkxanım 2023-cü ilin may ayından atasının yanına gəlmişdir. Oğlu Şahin hərbiçidir, Mələkxanım bu səbəbdən onun yanında qalır. Cavabdeh isə artıq yenidən ailə həyatı qurmuşdur. Mələkxanım onun yanında qaldığı üçün cavabdehdən aliment alınmalıdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə teleqramla müraciət edərək, məhkəmənin 2(057)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə işə baxılaraq iddianın rədd olunduğunu bildirmiş, hazırda eyni tələb üzrə iddiaçının təkrar iddia qaldırmasına etiraz edərək, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-310/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 20 may 2009-cu il təvəllüdlü X2 yaşayış yerinin onun yanında olması və onun saxlanılması üçün hər ay 193 manat aliment ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Məhkəmədə elan edilmiş Salyan RİHB Həsənli KİƏDN-nin № 324 saylı xx.xx.2023cü il tarixli arayışından görünür ki, İddiaçı Salyan rayonu Həsənli kənd inzibati ərazi dairəsinin Həsənli kəndində qızı X3 ilə birlikdə atası Nümayəndə məxsus fərdi yaşayış evində yaşayır. X3 onlarla birlikdə xx.xx.2022-ci il tarixdən yaşayır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, məhkəmə qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X1 Aygün Əbülfət qızına verilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamış və həmin haldan istifadə edən İddiaçı uşağın anasından aliment tələb edir. İddiaçı ananın alimenti ödəmək imkanının olubolmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə qətnaməsini icra etməyən iddiaçının qarşı tərəfdən aliment tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aliment tələb etdiyi halda, özü qanunvericiliyin tələblərinə əməl etməyərək məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ İddiaçı 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Cavabdeh hər ay 220 manat məbləğində aliment alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1775/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1775/2023
13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver