Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1801/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin məhkəmə hazırlıq iclasından geri qaytarılması haqqında) Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz-əmlak əşyalarının evdən çıxarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində cavabdehə məxsus cehiz əmlak əşyalarının 1 ədəd 250 manat dəyərində şkaf, 1 ədəd 350 manat dəyərində kamod, 1 ədəd 300 manat dəyərində termo güzgünün ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə verərək iddia ərizəsinin və eyni zamanda dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh könüllü qaydada özünə məxsus cehiz əmlaklarını mübahisəli mənzilindən götürmüşdür.Göstərilənlərə əsasən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X1 xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı cavabdeh X1 qarşı cehiz-əmlak əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ödədiyi 30 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardaddan 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1801/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1801/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver