Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-191/2025 21.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil Lələkişi oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia tələbi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024-010 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin azaldılaraq, birgə nikahdan olan iki uşağın saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsində keçmiş həyat yoldaşı Cavabdeh alimentin artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmənin 2(057)-349/2024-010 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun hər ay, hər uşağa 150 manat olmaqla, 300 manat ödənilməsi qət edilmişdir, lakin qətnamə çıxararkən cavabdehin ailə vəziyyətinə, maddi durumuna hüquqi qiymət vermədən, bir ailənin maddi təminatını maksimum təmin etməklə digər ailənin maddi təminatının faciəli vəziyyətə salınması halına gətirib çıxaran qətnamə qəbul etmiş, təqdim olunan sənədlərə sübut olaraq hüquqi qiymət verməmişdir. Vəziyyətin belə olduğuna dözməyib yeni qurduğu ailəsi ilə aralarında narazılıq yaranmış boşanma vəziyyətinə gəlmişlər. Boşanma ilə bağlı mübahisə Yasamal Rayon Məhkəməsində baxılaraq Yasamal Rayon Məhkəməsinin 2(004)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 iddiası təmin edilmiş və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin və üç yaşına qədər anaya 50 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Hazırda yeni qurduğu ailə də belə bir mübahisəyə görə dağılır. Hazırda hər iki məhkəmə tərəfindən kəsilmiş alimentin ödənilməsinə imkanı yoxdur, dəfələrlə alimentin ödənilməsinə görə kənar şəxslərdən borc almaq məcburiyyətində qalmış, aldığı əmək haqqı alimentin ödənilməsinə kifayət etmir. Aliment ödənilməsi üçün aldığı borcları da qaytara bilməmiş, üstəlik aliment borcu da yığılır və ödəmək imkanı yoxdur. Bütün bu problemlər səhhətinə təsir edib və sağlamlığında ciddi problemlər yaranmışdır. Tez-tez həkimə müraciət edir. İkinci həyat yoldaşı işləmir, görmə qabiliyyəti zəifdir. Kənar şəxsin köməyi ilə hərəkət edə bilir. Ailədə tək qazanc gətirəndir. Gözləri ilə bağlı tez-tez həkimə müraciət edir, gözlərindən müalicə alır və bu da əlavə xərc tələb edir. Göründüyü kimi alimentin göstərilən məbləğlərdə ödənilməsi üçün imkanı yoxdur. Ona görə də, alimentin miqdarının azaldılmasına böyük ehtiyac vardır. Yuxarıda qeyd olunanlara əsasən mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina edərək gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, nümayəndəsi olduğu şəxsin maddi imkanı yoxdur. Ailədə yeganə qazanc gətirəndir. Ailəsindən ona heç bir köməklik olunmur. Hər iki ailəyə hər ay aliment ödəyir, bundan başqa iddiaçının kredit borcu da vardır. Qanunvericiliyə uyğun olaraq şəxsin əmək haqqının 70 %-i tutula biləcəyi halda, hazırda iddiaçının demək olarki bütün əmək haqqı tutulur. İddiaçı ilk vaxtlar hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment ödəsə də, sonradan Cavabdeh alimentin miqdarının artırılması barədə iddia qaldırmış və hazırda hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəyir. Hazırda İddiaçı aylıq alimentin ödənilməsində çətinlik çəkir. Onun əmək haqqı alimentin ödənilməsinə kifayət etmir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Uşaqlar böyümüş və tələbatları artmışdır. Onlar müəllim yanına hazırlığa gedirlər. Ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-ci il tarixində İlkin Mediasiya sessiyasının keçirilməsi üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə ilə təyin edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz ) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-830/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3412/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, alimentin artırılması tələbinə dair mülki işə baxılarkən (Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçıdan hər bir uşağa ayda 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməsi ilə bağlı qətnamədən narazı qalmış, həmin qətnamədən onun nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilsə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-830/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə X1 tələbi üzrə onların birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Azər adlı oğlunun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü oğlu X4 üç yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment ondan tutulur. Məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (əmək haqqısının az olması və başqa aliment öhdəliyinin olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hallar kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının maddi qazancının az olması övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. İddiaçının həqiqətən də maddi vəziyyətində əhəmiyyətli pisləşmə olması sübuta yetirilmədiyindən, eyni zamanda daha az hər bir uşaq üçün alimentin (100 manat) ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etməyin mümkün olması, uşaqların böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatlarının artmasını da nəzərə alınmaqla mümkün görünmədiyindən məhkəmə hesab edir ki, alimentin məbləğinin azaldılması barədə tələb təmin edilməməlidir. Bundan başqa, İddiaçı iddiasının təmin edilməli olmasına digər bir əsas kimi ailəli olmasını və uşağının olmasını və uşaq və anası üçün aliment ödəməsini göstərmişdir. Bu əsasa münasibətdə məhkəmə hesab edir ki, onun yenidən ailə qurması əvvəlki nikahından olan uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilə və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş miqdarda alimentdən daha az miqdarda ödəməsinə imkan yaratmaq üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçının nümayəndəsi Vəkil hazırkı iş üzrə İddiaçının cavabdeh olduğu və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış 2(004)-3412/2024 saylı mülki iş üzrə iddiaçı X1 nümayəndəsi və vəkili olmuşdur. Nümayəndəyə məlum idi ki, Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən nümayəndəsi olduğu şəxsdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Belə olan halda, o, iddiaçının maddi vəziyyətini nəzərə almalı və ona uyğun məhkəmədə alimentin tutulmasını xahiş etməli idi. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda X5 ilə rəsmi nikahdadırlar və ailə münasibətləri davam edir. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı həddə azaldılması uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Həmçinin məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçı isə yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını istəmişdir. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Salyan Rayon Məhkəməsinin 2(057)- 349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hər bir uşaq üçün 100 manatadək azaldılması barədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-191/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-191/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver