Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2166/2024 27.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz-əmlak və telefon” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə. MÜƏYYƏN ETDI: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “qızılzinət, cehiz-əmlak və telefon” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 583 əyarlı 4 qram ağırlığında 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı nişan üzüyü, 583 əyarlı 5 qram ağırlığında 500 manat dəyərində Rusiya istehsalı sırğa, qızılların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1000 manat, cehizləri -1 dəst uşaq yorğan dəsti, 1 ədəd yay yorğanı, 2 ədəd adeyal - 50 manat, taxt üstüyü-300 manat, 2 ədəd tefal qazan-50 manat, yataq və qonaq otağı mebelləri - 3000 manat, 6 ədəd kasa - 25 manat, 12 ədəd əl-üz dəsmalı 20 manat, 12 ədəd çay dəsmalı-20 manat, 6 ədəd çxol prostina-150 manat, 2 ədəd pərdə-200 manat, 2 ədəd karniz-30 manat, 1 ədəd çilçıraq-50 manat, 5 ədəd çuğun qazan-50 manat, 2 ədəd çaynik-10 manat, 2 ədəd vedrə- 10 manat,1 ədəd pol taxtası-5 manat, 2 ədəd vanna-15 manat, 1 dəst obedni serviz-150 manat, 6 ədəd qaşlı rumka-70 manat, 1 dəst qaşıq dəsti- çamadan -100 manat, 1 ədəd kaşmir xalça-200 manat, 1 ədəd divar saatı-10 manat, 12 ədəd nəlbəki-10 manat, 1 ədəd naçnik (gecə lampası) -10 manat, 1 ədəd güzgü-20 manat, 3 dəst yorğan döşək, 6 ədəd döşəkçə, 8 ədəd yastıq, kamodun qarşısına qoyulan qablar- 200 manat dəyərində əşyalar, 100 manat dəyərində olan “Samsung” markalı telefonun, X3 iştirakla əlaqədar ödədiyi 50 manat rüsumunun, 39 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2018-ci ildə Salyan Qaraçala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmiləşdirmişdir. Birgə nikahdan doğulan övladı - xx.xx.2019-cu il təvəllüdlü X5 hazırda onun yanındadır. Ailə qurarkən apardığı cehiz əmlakın siyahısı tərəfindən dəqiqləşdirilmiş və cavabdehdə olduğundan iddia tələbinə əlavə etmişdir. Cavabdehdə qalan ona məxsus cehiz əmlak və qızıl zinət əşyaları aşağıdakılardan ibarətdir: 583 əyarlı 4 qram ağırlığında 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı nişan üzüyü, 583 əyarlı 5 qram ağırlığında 500 manat dəyərində Rusiya istehsalı sırğa, qızılların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1000 manat, qızılları cavabdehdədir, xx.xx.2024-cü il tarixdə evdən çıxarkən həmin qızılları götürə bilməmişdir. Cehizləri-1 dəst uşaq yorğan dəsti, 1 ədəd yay yorğanı, 2 ədəd adeyal - 50 manat, taxt üstüyü-300 manat, 2 ədəd tefal qazan-50 manat, yataq və qonaq otağı mebelləri-3000 manat, 6 ədəd kasa-25 manat, 12 ədəd əl-üz dəsmalı 20 manat, 12 ədəd çay dəsmalı-20 manat, 6 ədəd çxol prostina-150 manat, 2 ədəd pərdə-200 manat, 2 ədəd karniz-30 manat, 1 ədəd çilçıraq-50 manat, 5 ədəd çuğun qazan-50 manat, 2 ədəd çaynik-10 manat, 2 ədəd vedrə- 10 manat,1 ədəd pol taxtası - 5 manat, 2 ədəd vanna-15 manat, 1 dəst obedni serviz-150 manat, 6 ədəd qaşlı rumka - 70 manat, 1 dəst qaşıq dəsti- çamadan -100 manat, 1 ədəd kaşmir xalça-200 manat, 1 ədəd divar saatı -10 manat, 12 ədəd nəlbəki-10 manat, 1 ədəd naçnik (gecə lampası) -10 manat, 1 ədəd güzgü - 20 manat, 3 dəst yorğan döşək, 6 ədəd döşəkçə, 8 ədəd yastıq, kamodun qarşısına qoyulan qablar- 200 manat dəyərində əşyalar cavabdehdədir və qaytarmır. Eyni zamanda nişanlı olduğu vaxt aldığı 100 manat dəyərində olan “Samsung” markalı telefon gəlin getdiyi evdə yaşayan cavabdehdən alınıb ona verilməlidir. X1 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və qarşı tərəf iştirak etmədiyi üçün ilkin mediasiya 50 (əlli) manat rüsum ödənilmiş, mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. 39 (otuz doqquz) manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh məhkəməyə poçt vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə qarşı etiraz ərizəsini onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının gəlin köçdüyü evdə qaldığını, guya onların qızılları ona verməkdən imtina etdiklərini göstərmişdir. Həmin qızıllar olmamışdır. Onlar tərəfindən iddiaçıya qızıl - zinət əşyaları verilməmişdir. Bundan başqa, iddiaçının göstərdiyi əmlaklardan bir çoxu onların evində yoxdur. Həmin əşyaların bəziləri sınmışdır. Cavabdehin göstərdiyi 100 manat dəyərində 1 qaşıq çamadan Şirvan şəhərində kirayədə qalarkən kirayə pulunu verə bilmədikləri üçün öz razılığı ilə satmış, pulunu evin kirayəsinə vermişlər. Birlikdə yaşadıqları vaxtlarda kamodun qabağına qoyulan qablar da sınmışdır. Yataq taxtı da kirayədə qaldıqları vaxtda sınmışdır. Qalan əmlaklar evdədir. Hansı vaxt istəyirlər gəlib apara bilərlər. 100 manat dəyərində telefonda evdə yoxdur. Lakin həmin telefonun dəyərini verə bilər. O, iddianı etiraf elədiyi həddə qəbul edir. Bütün göstərdiklərini nəzərə alaraq, iddianın göstərdiyi həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlə 6 il birlikdə yaşamışlar. Cavabdeh və onun ailəsi onun cehiz kimi gətirdiyi yataq dəstini sındırmışlar, 12 ədəd dəsmalı istifadə etməmiş, yenilərini almışlar, onların pulunu Cavabdeh vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsini almış, onunla tanışdır. İddiaçının tələb etdiyi bəzi cehizləri, eləcə də yataq taxtı İddiaçı ilə birlikdə kirayədə yaşadıqları vaxt sınmışdır. Pol taxtasının olub-olmamasını bilmir. 1 dəst obedni serviz var, 6 ədəd qaşlı rumka yoxdur, qaşıq dəsti və 1 ədəd xalça satılıb evin kirayə pulu ödənilib, divar saatı yoxdur, 3 ədəd boşqabı özü sındırıb, “Samsung” markalı telefonun dəyəri olan 100 manatı iddiaçıya verə bilər. İddiaçının tələb etdiyi qızıllar isə olmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə almaqla, məhkəmədən etiraf etdiyi həcmdə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 09 oktyabr 2018-ci il tarixdə verilmiş X2 ksero surətindən görünür ki, Cavabdeh ilə X7 nikahlarını xx.xx.2018-ci il tarixdə Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəbizadə soyadı verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah 09 oktyabr 2018-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmışdır. Onların toy mərasimində iddiaçıya cavabdeh və ailəsi tərəfindən bir sıra qızıl-zinət əşyaları hədiyyə edilmiş, İddiaçı özü ilə birlikdə cehiz əşyaları alaraq cavabdehin evinə gətirmişdir. Hazırda həmin cehiz əşyalar iddia ərizəsində göstərilərək cavabdehdən tələb edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, qızıl-zinət əşyalarının olmadığını, ərizədə göstərilən əşyaların bəzilərinin istifadə zamanı sındığını, qaşıq dəsti və 1 ədəd xalçanın birgə Şirvan şəhərində kirayədə yaşadıqları müddətdə sataraq yaşadıqları evin kirayə pulunu ödədiklərini, 3 ədəd boşqabın iddiaçı tərəfindən sındırıldığını, “Samsung” markalı telefonun dəyəri olan 100 manatı pulu və digər cehiz əşyalarının, yəni 1 dəst uşaq yorğan dəsti, 1 ədəd yay yorğanı, 2 ədəd adeyal 50 manat, taxt üstüyü, 2 ədəd tefal qazan, yataq və qonaq otağı mebelləri, 6 ədəd kasa, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd çay dəsmalı, 6 ədəd çxol prostina, 2 ədəd pərdə, 2 ədəd karniz, 1 ədəd çilçıraq, 5 ədəd çuğun qazan, 2 ədəd çaynik, 1 ədəd pol taxtası, 2 ədəd vanna, 1 dəst obedni serviz, 6 ədəd qaşlı rumka (cavabdeh etiraz ərizəsində olmadığı qeyd edilsə də, məhkəmə baxışında olduğunu bildirdi), 1 ədəd kaşmir, 1 ədəd divar saatı, 12 ədəd nəlbəki, 1 ədəd naçnik (gecə lapması), 1 ədəd güzgü, 3 dəst yorğan döşək, 6 ədəd döşəkçə, 8 ədəd yastığın yaşadıqları evdə olduğunu qaytarılmasına da etiraz etmədiyini bildirmişdir. Cavabdeh qızıl-zinət əşyalarının iddiaçıya alınmadığını qeyd etsə də, məhkəmə baxışı zamanı iddiaçının tədqdim etdiyi xx.xx.2017-ci il tarixli nişan və xx.xx.2018-ci il tarixli toy mərasimlərinə dair 4 ədəd DVD disklərə baxış keçirilmiş, nişan mərasiminə dair 1-ci DVD diskdə olan video çəkilişin 34-35-ci dəqiqələrində cavabdeh tərəfindən iddiaçıya nişan üzüyü hədiyyə edildiyi və toy günü iddiaçının üzərində sırğa olması müəyyən olunmuşdur. Video çəkilişlərə baxıldıqdan sonra cavabdehdən iddiaçıya nişan mərasimində hədiyyə olunmuş nişan üzyü və sırğaya dair münasibət bildirilməsi tələb olunsa da heç bir münasibət bildirməmişdir. İş materiallarında olan yaddaş kartında olan audio səs yazısına məhkəmə tərəfindən baxış keçirilmiş, baxış zamanı mülki işə dair hər hansı mötəbər sübutun olmadığı müəyyən edilmişdir. Bu münasibətlə iddiaçıya cavabdeh və ailəsi tərəfindən qızıl nişan üzüyü və sıra hədiyyə edilmiş, İddiaçı özü ilə birlikdə cehiz əşyalarını cavabdehin valideynlərinin və kirayə yaşadıqları evə yerləşdirmişdir. Lakin tərəflər arasında olan ailə münasibətləri pozulmuş, bundan sonra İddiaçı Cavabdeh və ailəsi ilə birlikdə yaşadığı mənzili tərk etmişdir. Hazırda isə ona hədiyyə edilən qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyində olduğunu iddia edərək məhkəmədən həmin əşyaların naturada qaytarılmasını, yaxud onların dəyərinin ödənilməsini tələb edir. Həmçinin müəyyən edildi ki, iddiaçı cehiz kimi gətirdiyi əşyalarını tələb edir. Cavabdeh iddiaçıya məxsus cehiz əşyalarından evdə qalanları qaytarmağa hazırdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünə məxsus olduğunun sübut edilməsidir. Hazırkı işdən görünür ki, iddia ərizəsində göstərilmiş nişan üzüyü və sırğa həqiqətən iddiaçıya nişan və toy vaxtı hədiyyə edilmiş olduğu və nişan və toy günü üzərində olduğu iş materiallarında olan DVD disklərdə olan video görüntülərdən və mülki işdə olan fotoşəkillər ilə sübut edilmişdir. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən qızıl-zinət əşyalarının birgə nikah dövründə ailənin ortaq ehtiyacları (iddiaçının müalicəsi) üçün lombarda girov qoyularaq xərclənməsini sübut etmək vəzifəsi istənilən halda cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 29.1ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Oxşar normalar Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra - Mülki Məcəllə) də öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, nəzərə alınmalıdır ki, MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 583 əyarlı 4 qram ağırlığında 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı nişan üzüyü, 583 əyarlı 5 qram ağırlığında 500 manat dəyərində Rusiya istehsalı sırğa, qızılların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1000 manat, 1 dəst uşaq yorğan dəsti, 1 ədəd yay yorğanı, 2 ədəd adeyal -50 manat, taxt üstüyü-300 manat, 2 ədəd tefal qazan-50 manat, yataq və qonaq otağı mebelləri-3000 manat, 6 ədəd kasa-25 manat, 12 ədəd əl-üz dəsmalı 20 manat, 12 ədəd çay dəsmalı-20 manat, 6 ədəd çxol prostina-150 manat, 2 ədəd pərdə-200 manat, 2 ədəd karniz-30 manat, 1 ədəd çilçıraq-50 manat, 5 ədəd çuğun qazan-50 manat, 2 ədəd çaynik-10 manat, 1 ədəd pol taxtası-5 manat, 2 ədəd vanna-15 manat, 1 dəst obedni serviz-150 manat, 6 ədəd qaşlı rumka-70 manat, 1 ədəd kaşmir xalça-200 manat, 1 ədəd divar saatı-10 manat, 12 ədəd nəlbəki-10 manat, 1 ədəd naçnik (gecə lapması)-10 manat, 1 ədəd güzgü-20 manat, 3 dəst yorğan döşək, 6 ədəd döşəkçə, 8 ədəd yastıq olmaqla cehiz əşyaları olmadıqda 4455 manat məbləğində pul və 100 manat dəyərində olan “Samsung” markalı telefon alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 75.55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilməli, dövlət rüsumun ödənilmiş qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 583 əyarlı 4 qram ağırlığında 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı nişan üzüyü, 583 əyarlı 5 qram ağırlığında 500 manat dəyərində Rusiya istehsalı sırğa, qızılların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1000 manat, 1 dəst uşaq yorğan dəsti, 1 əddə yay yorğanı, 2 ədəd adeyal -50 manat, taxt üstüyü-300 manat, 2 ədəd tefal qazan-50 manat, yataq və qonaq otağı mebelləri-3000 manat, 6 ədəd kasa-25 manat, 12 ədəd əl-üz dəsmalı 20 manat, 12 ədəd çay dəsmalı-20 manat, 6 ədəd çxol prostina-150 manat, 2 ədəd pərdə-200 manat, 2 ədəd karniz-30 manat, 1 ədəd çilçıraq-50 manat, 5 ədəd çuğun qazan-50 manat, 2 ədəd çaynik-10 manat, 1 ədəd pol taxtası-5 manat, 2 ədəd vanna-15 manat, 1 dəst obedni serviz-150 manat, 6 ədəd qaşlı rumka-70 manat, 1 ədəd kaşmir xalça-200 manat, 1 ədəd divar saatı-10 manat, 12 ədəd nəlbəki-10 manat, 1 ədəd naçnik (gecə lapması)-10 manat, 1 ədəd güzgü-20 manat, 3 dəst yorğan döşək, 6 ədəd döşəkçə, 8 ədəd yastıq olmaqla cehiz əşyaları olmadıqda 4455 manat məbləğində pul və 100 manat dəyərində olan “Samsung” markalı telefon alınaraq İddiaçı verilsin. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 75.55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2166/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2166/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver