Məhkəmə qərarları › İş №2(057)-2193/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2193/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2193/2024 29.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ İş № 2(057)-2193/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Salyan Rayon Məhkəməsi Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi (atası) Nümayəndə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 üçün mediasiya üçün müraciət edildiyi xx.xx.2024-cü il tarixindən 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə xx.xx.2017-ci ildə nikahları pozulmuşdur. Birgə nikahdan 1 uşaqları var. xx.xx.2013-cü il təvəllüdlü X6 hazırda onunladır. Cavabdeh uşağın saxlanılması üçün bugünə qədər köməklik göstərmir. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq o da cavabdehdən sabit pul məbləğində olmaqla hər ay uşaq üçün 235 manat alimentin mediasiya üçün müraciət edildiyi xx.xx.2024-cü il tarixindən tutulmasını istəyir. Mediatorun apardığı ilkin mediasiya prosesində iştirak etmiş və qarşı tərəf iştirak etmədiyi üçün X5 iştirak edilməməsi barədə arayış təqdim edilmiş və İlkin mediasiya üçün 50 manat rüsum ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Cavabdeh uşağını tanımır və onun heç bir maddi ehtiyacını ödəmir. Məhkəmə iclasında məlum olmuşdur ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. X12 Respublikasında yaşayır, hazırda işsizdir. Nəvəsi Mədinə anası ilə birlikdə Türkiyə Respublikasında yaşayır və təhsil alır. Uşaq üçün hər ay olmaqla 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, məhkəmənin qətnaməsi ilə ondan qızı üçün aliment tutulmuşdur. Sonradan İddiaçı ilə aralarında olan razılığa əsasən icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Hər ay 235 manat aliment ödəməyə imkanı yoxdur. Uşaq onun ikinci evliliyindəndir. Açıq ürək əməliyyatı keçirmişdir Hər ay 50 manat aliment verməyə imkanı var. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia ərizəsinin surətini almış, iddia ərizəsi ilə tanış olmuşdur. İddianı qismən qəbul edir. Açıq ürək əməliyyatı keçirmişdir. Ağır xəstədir. Ağ ciyərində çatışmamazlıq vardır. Heç bir yerdə işləmir. Dadaşovə Şölə ilə Dadaşova Mədinə 10 ildən artıqdır ki, xarici ölkədə yaşayır. Uşaq orada oxuyur. O aylıq xərcindən 100 manat ödəyə bilər. Səhhəti ilə əlaqədar məhkəmə hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X8 Şəhadətnamənin ksero surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 24 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X4 ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarına əlavə edilmiş X4 ksero surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə doğulmuş, atası Nümayəndə, anası X2r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, tələbkar İddiaçı şöbəyə ərizə ilə müraciət edərək icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etdiyi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən 2(008)-1980/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdeh alimentin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağın qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşağa qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatlarının artması, İddiaçı və cavabdehin maddi vəziyyətini və uşaq üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, alimentin tutulması müddəti mediasiya qaydasında cavabdehə təklif verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən deyil, məhz məhkəməyə müraciət edildiyi tarixdən hesablanmalıdır. Belə ki, əvvəla Ailə Məcəlləsinin 100.2-ci maddəsi aydın, anlaşılan və konkretdir. Məhkəmə dedikdə, ədalət mühakiməsini həyata keçirən qanunla müəyyən edilmiş qaydada yaradılmış birinci instansiya, apellyasiya və kassasiya instansiya məhkəmələri nəzərdə tutulur. Mediasiya institutu isə məhkəmə deyil, məhkəmədənkənar həll üsuludur (barışdırıcı vasitə). Yəni, mediasiya anlayışı hüquqi və faktiki baxımdan məhkəmə anlayışının tərkibinə daxil deyildir. Ona görə də alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahınlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması 30 sentyabr 2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment 30 sentyabr 2024-cü il tarixdən tutularaq İddiaçı verilsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar