Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2258/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalması və aliment” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2009-cu il təvəllüdlü X1 atanın yəni onun himayəsində olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin 28 oktyab 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 22 avqust 2009-cu il təvəllüdlü X2 və 20 dekabr 2011-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalmış, onların saxlanılmaları üçün 19 iyun 2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 2024-cü ilin yaz aylarından X2 onun yanıma gəlmiş və onunla birlikdə yaşayır. Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru yanında qalan uşaq üçün də ondan aliment tələb edir. Cavabdehin yanımda qalan Bibixanım ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh X1 maddi, mənəvi və sosial durumu ilə qətiyyən maraqlanmır. Ona görə də 22 avqust 2009-cu il təvəllüdlü X1 atanın yəni onun himayəsində olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər arasında aliment tələbi ilə bağlı razılıq əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, 22 avqust 2009-cu il təvəllüdlü X1 atası İddiaçı yanında qalmasına etiraz etmədiyini, öz aralarında olan razılaşma əsasında iddiaçının ondan aliment istəmədiyini bildirdi. Məhkəmə iclasında tərəflərin iştirakı ilə fikri dinlənilmiş 22 avqust 2009-cu il təvəllüdlü X2 atasının yanında qalmaq istədiyini bildirərək, göstərmişdir ki, hazırda atası ilə birlikdə yaşayır. Anası və bacısı ilə də görüşür. Lakin bundan sonra atasının himayəsində yaşamaq istəyir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 22 avqust 2009-cu il təvəllüdlü X2 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, 22 avqust 2009-cu il təvəllüdlü X2 və 20 dekabr 2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalması, onların saxlanılmaları üçün 19 iyun 2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. MŞS/MT028/2024-0563A saylı xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, tərəflər könüllü olaraq nikahın pozulması üçün təşkilata müraciət etmiş, barışığa və ya razılığa gəlmək mümkün olmadığı üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. Tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Salyan rayon Məhkəməsinin 28 oktyab 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 22 avqust 2009-cu il təvəllüdlü X2 və 20 dekabr 2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalması müəyyən olunmuş, onların saxlanılmaları üçün 19 iyun 2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 2024-cü ilin yaz aylarından X2 atasının yanına gəlmiş və hazırda onunla birlikdə yaşayır. Tərəflərin öz aralarında olan razılaşma əsasında iddiaçı aliment istəmədiyini və birgə nikahdan doğulmuş 22 avqust 2009-cu il təvəllüdlü X1 onun yanında saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz edilməmiş, həmçinin məhkəmə iclasında fikri dinlənilmiş 22 avqust 2009-cu il təvəllüdlü X2 atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini, iddiaçının uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmasını, cavabdehin buna razılığını, uşağın atası ilə yaşamaq istədiyini və onun gələcək inkişafına təsir edəcək digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, 22 avqust 2009-cu il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməlidir. Beləliklə, məhkəmə iclasda tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin qanunvericiliyin yuxarıda göstərilən tələblərini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 22 avqust 2009-cu il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməli, iddiaçının cavabdehlə aliment tələbinə dair razılığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 22 avqust 2009-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2258/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2258/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver