Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2388/2025 15.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-1319/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən X1 filialında “işsiz” statusu ilə qeydiyyatdadır.
3. Salyan rayonu X12 Şahmat Məktəbinin direktoru B.Ələkbərov tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayon X12 Şahmat Məktəbinin, şahmat bölməsində 2022-ci ildən hal-hazıradək şahmat idman növü ilə məşğuldur.
4. Salyan şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyeva tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, X2 rayon Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin İİ sinfində fortepiano ixtisası üzrə təhsil alır.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Cavabdeh verilmiş 27 avqust 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 Ginekologiya və doğum şöbəsində mama vəzifəsində çalışır. Həmin Arayışa onun əmək haqqına dair məlumatlar cədvəl formasında əlavə olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilməsi, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər iki uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.90 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. İddianın əsaslarına görə, Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə bu normanın iki qatı mislində aliment tutmaqla onun vəziyyətini həddindən artıq çətinləşdirmiş və cinayət yolu ilə tutulmasının yolunu açmışdır. O, işsiz olduğu halda, günəmuzd işlədiyi vəziyyətdə ayda 736 manat qazanması mümkün deyildir. Ona görə də, bu məbləğ hər iki uşağa münasibətdə daha az təyin edilməlidir. Məhkəmə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində aliment tutulması qənaətinə düzgün gəlməmişdir. Çünki o heç bir yerdə işləmir. Günəmuzd işləyərək pul qazanır. Onun təkcə aliment verilməsi üçün ayda hər uşağa 368 manat olmaqla, cəmi 736 manat aliment ödəməsi mümkünsüz və imkansızdır. Ölkə üzrə bir uşaq üçün yaşayış minimumu 246 manat olduğu halda onun hər uşağa 368 manat ödəməsi düzgün deyildir. Hesab edir ki, bu alimentin tutulması hər iki uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.90 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
b) iddiaya etiraz
8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, bildirmişdir ki, iddiasını müdafiə edir. Məhkəmədən onun maddi vəziyyətini nəzərə alaraq, hər ay hər uşağa münasibətdə 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Həmçinin izahatının sonunda qeyd etmişdir ki, hazırki vəziyyətdə indeksasiya olunmuş aliment məbləğinin onun tərəfindən ödənilməsi mümkünsüzdür. Həmin məbləği tam olaraq ödəyə bilmədiyi təqdirdə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacaq. Qeyd etdiyi bu halların məhkəmə tərəfindən nəzərə alınaraq, müvafiq qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqlarının, yəni oğlunun 17 yaşı var, 11-ci sinifdə oxuyur və 6 müəllim yanına hazırlığa gedir. Məktəb ləvazimatları, müəllim yanı xərcləri hər biri göz qabağındadır. Əlavə xərcləri çoxdur. Onkoloji xəstəlikdən əziyyət çəkir. Onkoloji xəstəxanada qeydiyyatdadır. Oktyabr ayının 2-də Apellyasiya Məhkəməsində məhkəmələri olmuş və orada da evdən çıxmaları barədə qətnamə qəbul edilmişdir. Kirayədə qalmalıdır. Kirayə xərclərini necə çatdıracağını bilmir. Qarşı tərəfin təklif etdiyi aliment məbləğinə etiraz edir. Əvvəlki məhkəmə iclasında hər uşağa münasibətdə 300 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğunu bildirsə də, hazırda məhkəmədən indeksasiya olunaraq müəyyən olunmuş aliment məbləğinin azaldılmamasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Onsuz da uşaqlardan birinin 1 il sonra 18 yaşı tamam olacaq və bu səbəbdən aliment ödəmək öhdəliyindən azad olunacaqdır. Alimentin indeksasiya olunmuş məbləğdə qalmasını, dəyişdirilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1-ci maddəsinə əsasən, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 400 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən “aliment alınması” tələbi barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı və cavabdehin mövqeyini nəzərə almaqla, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə nikahları ləğb edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1319/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)- 1319/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı tərəfindən iddia ərizəsi ilə indeksasiya olunaraq, müəyyən edilmiş sabit pul məbləğində tutulmalı olan alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sabit pul məbləğində alimentin tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində, yəni məbləğ olaraq ifadə etsək hər uşağa münasibətdə 2025-ci il üçün 368 manat sabit pul məbləğində alimentin tutulması iddiaçının əmlak vəziyyətinin pisləşməsinə, onun maddi cəhətdən daha da yüklənməsinə və qeyd olunanların fonunda mülki hüquq münasibətlərinin iştirakçıları arasında olan münasibətlərin və ya kolliziyaların tənzimlənməsinə xidmət etməli olan qətnamənin icrasız qalmasına və ya natamam icrasına səbəb olacaqdır. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar hazırki mülki iş üzrə Cavabdeh yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar cavabdehin üzərinə düşür və onun uşaqlara qulluq etməsi iddiaçıdan tutulan alimentin məbləğinin müəyyən edilərkən, həmçinin diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. İddiaçının üzərinə hər ay hər uşağa 368 manat sabit pul məbləğində aliment öhdəliyinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının gəlirləri barədə onun tərəfindən məhkəməyə təqdim olunan sübutlardan da görünür ki, iddiaçı hazırda “işsiz” kimi qeydiyyatdadır. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında hər ay hər uşağa 368 manat sabit pul məbləğində alimentin ödənilməsi öhdəliyi qoyulması həmin qətnamənin faktiki qismən icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, hazırki vəziyyətdə 368 manat məbləğində alimentin tutulması işsiz şəxs (gəlirləri müəyyən deyil) üçün mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək bazarına olan tələbatlar arasında mövcud olan fərqlər müxtəlif iqtisadi, sosial və texnoloji amillərlə bağlıdır. Bu fərqlər həm işçi qüvvəsinə, həmçinin də işəgötürənlərin mövcud tələblərinə təsir göstərir. Böyük şəhərlərdə yüksək texnologiya, xidmət və maliyyə sektoru üzrə peşələrə ehtiyac çoxdur. Regionlarda isə əsasən kənd təsərrüfatı, tikinti və yerli sənaye üzrə işçi qüvvəsinə tələbat formalaşır. Məhz məhkəmə aliment məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna nisbətən daha aşağı məbləğin tutulması zamanı mövcud əmək bazarına olan tələbat və həmin tələbata uyğun məvacibin verilməsi kimi əhəmiyyətli hallar nəzərə alınmalıdır. Bu həm qəbul edilən qətnamənin icrasına xidmət etmiş olur, həm də uşaqları saxlamaq vəzifəsi olan valideynin həddən artıq maddi yüklənməməsi ilə nəticələnəckdir. Uşaqların üçün müəyyən edilmiş yaşayış minimumu yalnız uşağın saxlanmasına görə aliment ödəyən tərəfə münasibətdə deyil, hər iki valideynə nəzərən uşağın saxlanması üçün dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğdir. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən sübut qismində məhz onun “işsiz” qeydiyyatda olması və hazırda günəmuzd şəkildə işləməsi çıxış edir. Lakin bu sübutlar məcmu halında iddiaçını uşaqların saxlanması üçün aliment məbləğini ödəməkdən azad etmir, yalnızca onun tərəfindən ödənilməsi nəzərdə tutulan sabit pul məbləğində alimentin miqdarının azaldılması üçün əsas kimi çıxış edə bilər.Həmçinin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə yekunda qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə iddiaçı tərəfindən ödənilməli alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna, tərəflərin əmlak vəziyyətinə uyğun şəkildə və uşağın mənafeyinin qorunması məqsədlərinə xidməti nəzərə alınmaqla müəyyən edilməlidir. Bu əsaslardan çıxış edən məhkəmə hazırda Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)- 1319/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul şəklində alimentin məbləğinin azaldılaraq, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi ədalətli və qanuni hesab olunmalıdır.
17. Odur ki, iddia qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(057)-91/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh xeyrinə ödənilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin olunsun. Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(057)-91/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilsin. Azaldılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev