Məhkəmə qərarları › İş №2(057)-2396/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2396/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2396/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2779/2018 nömrəli 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Sonradan müəyyən səbəblərdən nikahları davam etməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2779/2018 saylı, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar anaları ilə qalmış və ondan xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün hər ay sabit pul məbləğində- 154 manat olmaqla, cəmi 308 manat aliment hesablanaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan-yəni 14 may 2025-ci il tarixindən cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2779/2018 nömrəli 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 154 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-414/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2779/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya edilmiş xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Hazırda o, "xxxx" MMC-də sürücü işləyir və vəzifə maaşı 800 manat təşkil edir. Lakin həmin məbləği ödəmək imkanı yoxdur. 2 aydır ki, aliment öhdəliklərini etmək üçün dəfələrlə kənar şəxslərdən borc almağa məcbur olub, lakin yenə də aliment məbləğini tam ödəyə bilmir. Bu səbəbdən də xeyli miqdarda aliment borcunun yığılıb qalmışdır və məsuliyyətə cəlb edilmək istəmir. Belə olacağı təqdirdə həm ona həm də qızlarının şəxsi həyatına mənfi təsir göstərəcək və qızların gələcək həyatlarında bir problem kimi daim qalacaqdır. Onsuz da cavabdeh də bilir ki, illərdir məhkəmə qətnaməsində müəyyən olunan alimentdən həmişə daha çoxunu ödəmişdir ki, qızlarının və keçmiş həyat yoldaşının maddi sıxıntıları olmasın. Bundan sonra da əlində imkan olduqda ödəməyə çalışacaqdır. Amma hazırda 800 manat əmək haqqı ilə aylıq cəmi 472+472=944 manat ödəməyi və bununla bağlı rəsmi qərar olduqda hüquqları pozulur və heç cür mümkün görünmür. Hesab edir ki, cavabdeh də bunun ədalətli olmadığını bilir. O yenə də imkanı çatan qədər əlavə köməklik edəcəkdir, lakin rəsmi qərar olması artıq məhrumiyyətlər yaradır və onun işinə maneələr törədir. Buna görə də ondan tutulan aliment məbləğinin azaldılmasına ehtiyacı vardır. Bu hesabla onun 2 uşağa görə ödəməli olduğu aliment 800x1/3=240 manat edir. Yəni hər uşağa görə 120 manat edir. Lakin o da bunu ədalətli hesab etmir və hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat ödəməyə razıdır. Hesab edir ki, cavabdeh də ədalətli davranaraq onun tələbinə etiraz etməz. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş, etiraz edərək bildirmişdir ki, iddiaçının əmək haqqısı və aylıq gəlirləri qeyd etdiyindən daha çoxdur. Onun bu alimenti verməyə imkanı çatır. Lakin özü sadəcə uşaqlarına baxmaq istəmir. Cavabdeh özü işləmədiyini, yeni işə düzəldiyini, alimentə ehtiyacı olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyir, 440 manat əmək haqqı alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 414/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, ərizəçi Cavabdeh ərizəsinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 414/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2779/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflərin nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 analarının yanında saxlanılmış və hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞS/MT-028/2025/0399A saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həmin tarixdə mediasiya sessiyası keçirilmiş və Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ilin yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının həqiqətən də alimenti ödəməkdə çətinlik çəkməsi, sonuncunun əmək haqqısı, eyni zamanda cavabdehin də işlədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçıdan hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, cavabdehə verilməlidir. İddiaçı tələbin tam təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-414/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 414/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin olunmasın. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar