Məhkəmə qərarları › İş №2(057)-273/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-273/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-273/2023 09.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi və İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə aliment tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh mediasiyaya müraciət olunan 29 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 200 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Cavabdeh ilə 2019-cu il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 20 aprel 2021-ci il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Uşağı ilə birlikdə 2022-ci ildən atasının evində yaşayır. Cavabdeh mühafizə polisində işləyir və 600-700 manat əmək haqqı alır. Həmçinin Elit ticarət mərkəzində satıcı işləyir. 20 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh mediasiyaya müraciət olunan 29 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 200 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X3 bildirmişdir ki, Cavabdeh polisdə işləyir və 540 manat əmək haqqı alır.Birgə nikah dövründə bankdan 8000 manat kredit götürmüş və ayada 313.86 manat pul ödəyir. Yenidən 2021-ci ilin noyabr ayında bankdan 107 manat ödəmək şərti ilə 1926 manat kredit götürmüşdür. Kreditlərin ödənilməsinə valideynləri köməklik edir. Cavabdeh Elit ticarət mərkəzində işləmir, 120 manat aliment verməsinə razıdır. Məhkəmədə elan olunmuş “X2”AQİS-dən çıxarışdan görünür ki, tərəflər arasında nikah xx.xx.2021-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şövəsi № 46 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə olunmuş “X2”AQİS-dən çıxarışdan görünür ki, tərəflərin 20 aprel 2021-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, PRL-151-0610-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" QSC-dən 19 ay müddətinə 1926 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «Bank of Baku»dan 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.Ona görə də alimentin tutulması iddiaçının qeyd etdiyi kimi xx.xx.2022-ci ildən deyil, məhkəməyə müraciət olunan vaxt, yəni xx.xx.2022-ci ildən hesablanmalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaq iddiaçının himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçının hər ay 200 manat aliment tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh faktkii olaraq işləyir və aldığı əmək haqqı məlumdur.Ona görə də məhkəmə belə hesab edir ki, ondan aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun formada tutulmalıdır. Eyni zamanda iddiaçının alimentin mediasiyaya müraciət olunan vaxtdan tutulması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə alimentin tutulması məhkəməyə müraciət olunan vaxtdan hesablandığından alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması xx.xx.2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 20 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar