Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2928/2025 22.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı “06 iyul 2011-ci il təvəllüdlü nəvəsi Nihat Amil oğlunun onun himayəsində olmasının müəyyən edilməsi, uşağa çatası ailə başçısını itirməyə görə müavinətin ona təyin edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “06 iyul 2011-ci il təvəllüdlü nəvəsi Nihat Amil oğlunun onun himayəsində olmasının müəyyən edilməsi, uşağa çatası ailə başçısını itirməyə görə müavinətin ona təyin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmədə baxılması nəzərdə tutulmayan iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarının 3.1-ci bəndinə əsasən Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Plenum Qərarının yuxarıda qeyd olunan bəndinin mənasına görə müvafiq hüquqqi nəticələr yaradacağı halda şəxs başqasının öz öhdəsində olması faktının deyil, özünün başqa şəxsin öhdəsində olması faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.3-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsi tərəfindən X1 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “06 iyul 2011-ci il təvəllüdlü nəvəsi Nihat Amil oğlunun onun himayəsində olmasının müəyyən edilməsi, uşağa çatası ailə başçısını itirməyə görə müavinətin ona təyin edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2928/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2928/2025
22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver