Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3335/2025 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayon məhkəməsinin 8(057) -216/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğinin alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon məhkəməsinin 8(057)- 216/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. O, yenidən ailə həyatı qurmuş və bu nikahdan 1 uşaq dünyaya gəlmişdir. xx.xx.2024-cü il təvəllüdlü X1 üçün ayda 0.92 hissə miqdarında aliment tutulması mümkün deyil. Ona görə də bu məbləğ onun hazırki nikahından dünyaya gəlmiş uşağı da nəzərə alınmaqla 1 uşağa münasibətdə təyin edilməlidir. Məhkəmə bu hala uyğun şəkildə qətnamə qəbul etməli, qeyd edilən halları nəzərə almalıdır. Məhkəmə onun ikinci dəfə nikaha girməyini və nikahdan anadan olmuş 1 uşağının olmasını mütləq şəkildə nəzərə almalıdır. Eyni zamanda anası da onun himayəsindədir onun təkcə aliment verilməsi üçün ayda uşağa 0.92 misli həddində aliment ödəməyi mümkünsüz və imkansızdır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Məhkəmə hazırda tutulan alimentin miqdarına diqqət etsə, bu normanın iki qatı mislində aliment tutmasını müəyyən edəcəkdir. Bu da onun vəziyyətini həddindən artıq çətinləşdirmişdir. Hazırki nikahdan 1 azyaşlı uşağının olduğu halda ayda 0.92 misli həddində aliment tutulması düzgün deyil, ona görədə bu məbləğ uşağa münasibətdə sabit pul məbləğində təyin edilməlidir. Məhkəmə hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sabit pul məbləğində aliment tutulması qənaətinə gəlməlidir. Nikahdan da 1 uşaq dünyaya gəlmişdir, onun təkcə aliment verilməsi üçün ayda uşağa 0.92 misli həddində sabit pul məbləğində aliment ödəməyi mümkünsüz və imkansızdır. Ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli miqdarında xx.xx.2009-ci il təvəllüdlü X6 münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, yenidən ailə qurmuş, həmin nikahdan bir azyaşlı uşağı var. Atası xərçəng xəstəsi, anası isə paralic olmaqla onun himayəsindədirlər. O, işləyir, aylıq əmək haqqısından 368 manat aliment tutulur, son ayda isə 468 manat aliment tutulmuşdur. Onun əmək haqqısının məbləği stabil deyil, hər ay fərqli məbləğlərdə maaş alır, əlinə aldığı maaş aylıq təxminən 568-900 manat arası olur. Ödədiyi aliment məbləği yüksək olduğu üçün o, yeni ailəsini dolandırmaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İMS keçirilmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında nikah xx.xx.2024-cü il tarixdə 288 nömrə ilə Salyan regional “ASAN”xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında nikah xx.xx.2019-cu il tarixdə Salyan rayonu Qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(057)- 216/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-39/2019 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq X3 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə anadan olmuş, onun atası İddiaçıdur. İş materiallarına əlavə olunmuş EMİS-dən çıxarışdan görünür ki, İddiaçı əmək haqqı 898 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ilin yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının həqiqətən də alimenti ödəməkdə çətinlik çəkməsi, sonuncunun əmək haqqısı, yeni evliliyindən bir azyaşlı uşağının olmasını, himayəsində xəstə valideynlərinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulub cavabdehə verilməlidir. Məhkəmə belə qənaətə gələrkən nəzərə alır ki, hər ay minimum əmək haqqının 0,92 misli həddində aliment tutulması digər nikahdan olan yetkinlik yaşına çatmamış uşağın saxlanılmasında, həmçinin iddiaçının yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınsa, onun ailə üzvlərinin maddi təminatında çətinlik yaradacaqdır. Həmçinin cavabdeh tələbin tam təmin olunmaması üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasibdir. Bundan başqa, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(057)-216/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məbləği dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-3335/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3335/2025
07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver