Məhkəmə qərarları › İş №2(057)-3442/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3442/2025

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3442/2025 24.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin qərarı ilə ondan - X2 xx.xx.2025-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi və həmin alimentin ölkədə müəyyən edilmiş minimum əmək haqqının 0,30 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun sabiq həyat yoldaşımdır. Bizim birgə nikahımızdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məndən -X2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1845/2019 saylı qətnaməsinə əsasən hər uşaq üçün hər ay 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-561/2025 saylı qərardadı ilə Cavabdeh alimentin indeksasiya edilməsi barədə ərizəsini təmin edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067) -1845 saylı qətnaməsi əsasında xx.xx.2025-ci il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində aliment məndən - X2 tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. (hakim Aynur Əliyeva). Göstərilən qərardadla ondan tutulan alimentin miqdarı hazırkı dövrdə 528 manat təşkil edir. (400 x 0,66 misli =264 x 2=528). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, mən yaşadığımız ərazidə müvafiq iş yerləri olmadığından işləmirəm və heç bir əsaslı gəlir mənbəyim də yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məndən Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Bu məsələ ilə bağlı mən mediasiya təşkilatına müraciət etmişəm. Aramızda razılığa gələ bilmədiyimiz üçün Salyan 1 saylı Mediasiya təşkilatının mediatoru X8 xx.xx.2025-ci il tarixli MSS/MT-28/2025/0642A nömrəli X3 sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış verilmişdir. Mediasiya Sessiyasının keçirilməsi ilə əlaqədar mənim tərəfindən mediasiya təşkilatına 50 manat mediatorun haqqı və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Maddi imkanının olduqca zəif, faktiki olaraq yox dərəcəsində olmasını nəzərə alaraq hesab edirəm ki, məhkəmənin qərardadı ilə xx.xx.2025-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün məndən tutulan alimentin məbləği azaldılaraq hər ay hər uşaq üçün ölkədə müəyyən edilmiş minimum əmək haqqının 0,30 misli miqdarında müəyyən edilməlidir. Məhkəmə iclasında iştrak edən İddiaçı ərizəni müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Cavabdeh iddiaya etiraz edərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1845/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx xxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonu Arzu kəndi olan cavabdeh X2 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü Quluzadə Mələy qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 16 may 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla-cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğu üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 8(067)-561/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1845/2019 saylı 14 iyun 2019-cu il tarixli qətnaməsi əsasında 18 noyabr 2015-ci il təvəllüdlü X4 və 08 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində sabit pul məbləğində aliment X2 tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan MŞS/MT-028/2025-0642A saylı, xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə iki hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13 və 8.14-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyarın 1-dən 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə pozulmuş, cavabdeh X2 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü Quluzadə Mələy qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 16 may 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Cavabdeh alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə 120 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq minimum əmək haqqının 0.66 misli həddində müəyyən edilmişdir. İndeksasiya olunmuş məbləğ bir uşaq üçün 264 manat olmaqla, 528 manat təşkil etmişdir ki, bu da iddiaçının maddi vəziyyətini həddindən artıq ağırlaşdırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı tutulan alimentin məbləği azaldılmalıdır. Belə ki, 2019-cu ildə iddiaçıdan uşaq üçün 120 manat alimentin tutulması qət edilmiş, 2025-ci il tarixə həmin məbləğ minimum əmək haqqına münasibətdə indeksasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbindən irəli gələrək məhkəmə alimentin miqdarını indeksasiya edərkən alimentin məbləğini artıra və ya azalda bilməz. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2026-cı il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 18 noyabr 2015-ci il təvəllüdlü X7 və 08 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Bundan başqa, məhkəmə azaldılmış alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmağa başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhhəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-561/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadına əsasən 18 noyabr 2015-ci il təvəllüdlü X7 və 08 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.50 misli həddində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar