Məhkəmə qərarları › İş №2(057)-3485/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3485/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3485/2025 10.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə qismən xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “aliment öhdəliyinə qismən xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(057)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddətdə aliment öhdəliyinə (27 x 260= 7020 manat) qismən xitam verilmiş hesab edilməsi və həmin müddət ərzində aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X9 nikahlarını xx.xx.2011-ci il tarixdə Salyan Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Tərəflərin birgə yaşadıqları müddətdə iki uşağı olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş. İddiaçı tərəfindən nikahın pozulması barədə qətnamə çıxarılması üçün Məhkəməyə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə X9 arasında Salyan Rayon Qeydiyyat Şövəsində xx.xx.2011-ci il tarixdə, 496 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X1 Gülsün Çingiz qızının himayəsində saxlanılmışdır. xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşağa görə hər ay 130 manat olmaqla, cəmi 260 manat miqdarında alimentin alınaraq X6 verilməsi qət edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2023-cü il tarixdə yenidən barışıq olmuş və birgə yaşamağa davam etmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər tərəflər uşaqları ilə birlikdə faktiki olaraq ünvan 1 ünvanında kirayəçi kimi yaşamışlar. (arayış əlavə edilir). Həmçinin tərəflərin nikahından doğulmuş X10 da Bakı şəhəri, Məmməd Rahim adına 7 saylı tam orta məktəbdə həmin illərdə təhsilini davam etdirmişdir( arayış əlavə edilir). Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş digər sübutlarla da qeyd etdiyimiz fakt öz təsdiqini tapır. Buna baxmayaraq İddiaçı tərəflərin birgə yaşadığı dövr üçün alimentin ödənilməsi hazırda tələb edilir. Halbuki həmin aylar ərzində tərəflər birgə yaşamış ve alimentdən daha artıq məbləğdə ailə ehtiyaclarına pul xərclənmişdir. Bu da hüquqdan sui istifadə halıdır. Tərəflər mediasiyada iştirak etmiş, barışıq mümkün olmamışdır.50 manat mediasiya xidmətinə ödənilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddətdə tərəflər uşaqları ilə birlikdə faktiki olaraq ünvan 1 ünvanında yaşadığından xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddətdə aliment öhdəliyinə (27 x 260= 7020 manat) xitam verilmiş hesab edilməsi və həmin müddət ərzində aliment borcunun olmaması qərara alınmalıdır. Odur ki, 2(057)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddətdə aliment öhdəliyinə (27 x 260= 7020 manat) qismən xitam verilmiş hesab edilməsi və həmin müddət ərzində aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-113/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin olunaraq, İddiaçı ilə X9 arasında Salyan Rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə, 496 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X10 cavabdeh X4 himayəsində saxlanılmlş, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşağa görə hər ay 130 manat olmaqla, cəmi 260 manat miqdarında alimentin alınaraq X7 verilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Salyan Rayon Məhkəməsinin 21 oktyabr 2022ci il tarixli, 2(057)- 1753/2022 saylı qərardadı ilə alimentin tutulmasına xitam verilməsi, İddiaçı 51.2 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. MŞS/MT-028/2025/0672A saylı xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-113/2023 saylı icra vərəqəsi üzrə iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri 7 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, X10 Bakı şəhəri, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində 2024-2025-ci tədris ilindən təhsil alır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftaı Departamenti Səbail rayonu 58 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 104 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də həyat yoldaşı X9 və qızı X10 qonşuların aktına əsasən Səbail rayonu, M.Hüseyn küçəsi, ev 51, mənzil 21-də xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər qeydiyyatsız olaraq kirayəşin kimi yaşayıblar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi olaraq evlənmiş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəmnində tərəflər ayrılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah qeydinin pozulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq X7 verilməsi qət edilmişdir. Lakin sonradan tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeyd etdirmədən barışmış və xx.xx.2025-ci ilədək birlikdə yaşamış, sonuncu tarixdən etibarən tərəflər yenidən ayrılmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcələnin 113.2-ci maddəsinə əsasən, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Belə olan halda tərəflərin birgə yaşaması halının üzrlü səbəb kimi nəzərə alınması məqsədəuyğundur. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş “digər üzrlü səbəblər” kateqroiyasına daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində iddiaçıya hesablanmış aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar