Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3614/2025 12.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(057)- 756/2013 saylı qətnaməsi ilə 09 oktyabr 2005-ci il təvəllüdlü X8, 01 yanvar 2007-ci il təvəllüdlü X7 və 21 oktyabr 2011- ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında tutulan alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(057)-756/2013 saylı qətnaməsi ilə 09 oktyabr 2005-ci il təvəllüdlü X8, 05 yanvar 2007-ci il təvəllüdlü X7 və 21 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən İddiaçı hər ay qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda 09 oktyabr 2005-ci il təvəllüdlü X14, 05 yanvar 2007-ci il təvəllüdlü X13 18 yaşına çatmışdır. Buna görə də aliment bu uşaqlara münasibətdə dəyişdirilməli və 21 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün tutulmalıdır. xx.xx.2011-ci il təvəllüdlü X15 İİ qrup əlildir. Cavabdeh 200 manat uşaq üçün, 120 manat uşağa baxmasına görə cəmi 320 manat pensiya alır. Onun aylıq əmək haqqısı 474 manat təşkil edir. İkinci dəfə ailə qurmuş və nikahından 1 uşaq (xx.xx.2018-ci il təvəllüdlü X16) anadan olmuşdur. O, hər ay qazancının, yəni maaşının dörddə bir hissəsi miqdarında aliment tutulmasına hazırda razıdır. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və qarşı tərəf iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir və 50 manat ilkin mediasiya sessiyası üçün rüsum ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X3 üçün dövlət tərəfindən müəyyən olunmuş məbləğdə sabit pul məbləğində aliment tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 oktyabr 2003-cü il tarixdə Salyan rayon Qaraçala kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 09 oktyabr 2005-ci tarixdə doğulmuş X14, 06 yanvar 2007-ci il tarixdə doğulmuş X13 və 21 oktyabr 2011-ci il tarixdə doğulmuş X15 anaları Cavabdeh yanında saxlanılmışlar. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş; xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 oktyabr 2003-cü il tarixdə Salyan rayon Qaraçala kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X14, xx.xx.2007-ci il tarixdə X13; xx.xx.2011-ci il tarixdə X15 anadan olmuşlar. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında 13 mart 2017-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnaməin surətindən görünür ki, İddiaçı ilə X4 nikahından xx.xx.2018-ci il tarixdə X16 anadan olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən halhazıradək rels qaynaqlama sahəsində operator vəzifəsində işləyir və ştat cədvəli üzrə əmək haqqı 474 manatdır. İddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlindən görünür ki, onun aylıq gəliri stabil deyil, vəzifə maaşından əlavə ayrı-ayrı aylarda müxtəlif məbləğlərdə əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ilin yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının həqiqətən də alimenti ödəməkdə çətinlik çəkməsi, sonuncunun əmək haqqısı, yeni evliliyindən bir azyaşlı uşağının olmasını, eyni zamanda cavabdehlə olan nikahdan doğulmuş 3 uşaqdan 2-nin 18 yaşına çatdığını, cavabdehin sabit pul məbləğində aliment tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq, cavabdehə verilməlidir. Məhkəmə belə qənaətə gələrkən nəzərə alır ki, iddiaçının aylıq gəliri stabil deyildir, hər müxtəlif məbləğlərdə əmək haqqı alır, iddiaçının tələb etdiyi kimi hər ay əmək haqqının dörddə bir hissəsinin aliment tutulması yetkinlik yaşına çatmamış uşağın mənafeyinə zidd olacaqdır, belə ki, bəzi aylarda uşaq 100 manat məbləğində aliment almış olacaq, xeyrinə alinment tutulan valideyn hər ay hansı məbləğdə alimentin ödəniləcəyini bilməyəcək, bu da öz növbəsində uşağın xərcləri baxımından qeyri-müəyyən gözləntilərə səbəb olacaq. Həmçinin iddiaçı tələbin tam təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-756/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-756/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məbləği dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-3614/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3614/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver