Məhkəmə qərarları › İş №2(057)-451/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-451/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-451/2023 04.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “baba və nənədən aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu X10 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-1142/2020 saylı qətnaməsi ilə X10 ilə nikahları pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi X2 hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Halhazırda X10 heç bir aliment ödənişi həyata keçirməmişdir və ölkə xaricindədir. Uşaqlar onun yanındadır. Aliment ödənmədiyindən övladlarını saxlamaqda çətinlik çəkir. X4 valideynləri Cavabdeh1 və Cavabdeh2 Salyan rayonu, Həsənli kəndində yaşayırlar və onların müəyyən qədər gəliri və əmlakları vardır. Uşaqların baba və nənəsi olan Cavabdeh1 və Cavabdeh2 nəvələrinə görə aliment ödəmək gücündədirlər. Odur ki, cavabdehlərdən xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, oğlunun hazırda aliment ödəmədiyini, Rusiya Federasiyasında yaşadığını, nəvələrinə maddi kömək etmək istədiyini, lakin səhhəti ilə ələqadar olaraq müalicəyə ehtiyacının olduğunu, bankdan kredit götürdüyünü, hər ay banka 250 manat kredit borcu ödədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında ərizə ilə müraciət edərək, hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 90 manat aliment verməyə razı olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X12 və X13 10 iyun 2011-ci il tarixdə Şirvan şəhərində doğulmuş, yaşayış yerləri Salyan rayonu, Qardili kəndidir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X14 05 iyun 2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 443/06 nömrəli arayışından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1142/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi X2 hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq Səfərova (Cavadova) Günel Namik qızına verilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu X10 tərəfindən bu günə qədər heç bir aliment ödənişi həyata keçirilməyib. Mülki işə əlavə olunmuş X3 tərəfindən verilmiş epikrizinin surətindən görünür ki, Cavabdeh1 ürək çatışmazlığı, qeyri stabil stenokardiya diaqnozu qoyulmuşdur. Mülki işə əlavə olunmuş "xxxx" ASC-nin ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli GTKR4449822A143 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikinə əsasən 35 ay müddətinə 27 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Mülki işə əlavə olunmuş Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh ona qarşı verilmiş iddia tələbini qismən qəbul edir, hər bir uşaq üçün 30 manat olmaqla, 3 nəfər uşaq üçün 90 manat aliment verməyə razıdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 93-cü maddəsinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1142/2020 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Gülay və Fərid, xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X4 qətnamə çıxarıldığı vaxtdan başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X9 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X15 (gəlin) cavabdehlər Cavabdeh1 (qayınata) və Cavabdeh2 (qayınana) qarşı aliment tələbi ilə müraciət etmişdir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi üzrə xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X2 aliment tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 iddiaçı X8 xeyrinə 300 manat alimentin alınması ilə bağlı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq bu günə kimi icra olunmamış qalmaqdadır. Məhkəmə hesab edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək təkcə valideynin borcu deyil. Həmçinin buna zəruri vəsaitə malik baba və nənənin də borcudur. Məhkəmə Cavabdeh1 hazırki maddi vəziyyətini və hər bir uşaq üçün 30 manat olmaqla, ümumilikdə 90 manat aliment ödəmək istəməsi ilə bağlı razılığını nəzərə alır. Alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının Gülay, Fərid və Leyla adlı uşaqlara görə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra hər uşağa hər ay 30 manat olmaqla cəmi 90 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. İddiaçının hər uşağa görə 220 manat aliment tələb etməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı baba və nənədən aliment tutulmasını tələb etsə də, baba və nənənin bu cür zəruri vəsaitə malik olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 30 manat olmaqla, cəmi 90 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşağa 30 manat, cəmi 90 manat sabit pul məbləğində aliment Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar