Məhkəmə qərarları › İş №2(057)-484/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-484/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-484/2023 02.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin məhkəmə hazırlıq iclasından geri qaytarılması haqqında) Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X5 katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 may 2005-ci il təvəllüdlü X2 və 23 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün sabit pul məbləğində hər uşağa 220 manat olmaqla 440 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar