Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-549/2025 07.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əsədova (Məmmədova) Aygün Əbülfət qızına qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Əsədova (Məmmədova) Aygün Əbülfət qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X3 və 10 noyabr 2011-ci il təvəllüdlü X5 anasının yanında qalması və onların saxlanılması üçün alimentin verilməsi qət edilmişdir. 1 ilə yaxındır ki, 20 may 2009-cu il təvəllüdlü X1 olaraq onun yanına gəlmişdir. 29 noyabr 2022-ci il tarixdən Salyan rayonu, Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin Vİİİ sinfində təhsil alır. Hər ay əmək haqqından hazırda yanında qalan 20 may 2009cu il təvəllüdlü X3 üçün aliment çıxıldığı üçün cavabdehə qarşı qızının onun himayəsinə verilməsi və aliment ödəməkdən azad edilməyi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Salyan rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X3 onun himayəsinə verilmiş, Salyan rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilmişdir. 29 noyabr 2022-ci il tarixdən yanında qalan qızı üçün bu günə kimi 4141,66 manat artıq ödənilmiş aliment pulu ödəmişdir. Bundan başqa 20 may 2009-cu il təvəllüdlü X3 onun yanımda qalır və onun saxlanmasında çətinlik çəkir. Cavabdeh Şərq-Qərb ASC-də işləyir və aylıq əmək haqqısı 556 manatdır. Ona görə də 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 246 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 11 fevral 2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Əsədova (Məmmədova) Aygün Əbülfət qızının Şərq-Qərb ASC-də işlədiyini və aylıq 556 manat əmək haqqı aldığını qeyd edərək, 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay, aylıq əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranmış ciddi problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasını növbəti aya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(057)1111/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 birgə nikahlarından doğulmuş 20 may 2009-cu il təvəllüdlü X3 İddiaçı himayəsinə verilmiş və İddiaçı Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilmişdir. MŞS/MT-028/2024/0636A saylı, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, Əsədova (Məmmədova) Aygün Əbülfət qızı İMS-də iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya sistemindəki cavabdehə məxsus gəlir məlumatlarından olan çıxarışdan görünür ki, cavabdeh Şərq-Qərb ASC-də işləyir və aylıq 556 manat əmək haqqı alır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Salyan Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X3 İddiaçı himayəsinə verilmiş və o, Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilmişdir. Cavabdeh X4-Qərb ASC-də işləyir və aylıq əmək haqqısı 556 manatdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, onun saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - əmək haqqının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Əsədova (Məmmədova) Aygün Əbülfət qızından xx.xx.2025-ci il tarixdən başlayaraq 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 20 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment cavabdeh Əsədova (Məmmədova) Aygün Əbülfət qızından alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-549/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-549/2025
07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver