Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-583/2025 05.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) Abuzərova Mənsurə Şahpəli qızının, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyul 2022-ci il təvəllüdlü X13 və X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 246 manat olmaqla, cəmi 492 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 aprel 2016-cı il tarixdə rəsmi qeydiyyatda aldırmaqla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 21 iyul 2022-ci il təvəllüdlü X13 və X7 adlı əkizlər doğulmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalarda, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə bir müddətdir ki, ayrı yaşayır. Cavabdeh uşaqlarına baxmır. Hesab edir ki, cavabdeh bir ata kimi uşaqlarını saxlamağa borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X4 bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı ilə Cavabdeh birgə yaşadıqları müddətdə cavabdehin qazancı yaxşı olmuşdur. Hazırda işsizdir. Hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin cavabdehdən tutulmasına razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o uşaqlarına baxmaqdan imtina etmir. İddiaçı uşaqlara baxa bilmirsə, uşaqları versin ona özü uşaqlarına baxa bilər. Hazırda heç bir yerdə işləmir. İşdən azad edildikdən sonra işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə mübahisəsi davam edir. Yaşlı və xəstə atası xəstəxana şəraitində müalicə olunur. Anasının aldığı pensiyası ilə dolanırlar. X1 filalında xx.xx.2025-ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2016-cı il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022ci il təvəllüdlü X7 və X13 doğulmuşdur. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1994-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, atası X6, anası isə X2r. İş materiallarında olan X5 sonra prosesin davam etdirilə bilməməsi barədə mediator X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT-028/2024/0883A saylı arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X5 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin X1 filalının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh işsiz kimi qeydiyyata alınmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdehdən alimentin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarxili Qərarı ilə nəzərdə tutulmuş, məhkəmələrin sabit pul məbləğində aliment təyin edərkən alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsi ilə bağlı mövqeyi nəzərə alınır. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş X7 və X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X4 izahatında hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğılarına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, İddiaçı və cavabdehin maddi vəziyyəti və 2025-ci ildə olan minimum əmək haqqı da nəzərə alınaraq iddia qismən təmin edilməli, 09 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.37 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 09 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.37 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2022ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-583/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-583/2025
05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver