Məhkəmə qərarları › İş №2(057)-730/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-730/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-730/2024 29.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə cavabdehə məxsus əmlakının evdən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh məxsus dəmir çarpayı,stol, stul, şifaner və sair əmlakların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, miras qalmış ev mərhum anası X2 məxsus olmuşdur. Vəsiyyətnamə ilə nəvəsi X7 verilmişdir. Cavabdeh rəhmətə gedən qardaşı Seyranın oğludur. O həmin ünvanda doğulub, böyümüşdür. Cavabdehə 15-20 ildir ki, hökümət tərəfindən ünvan 2 ünvanında 2 otaqlı ev verilmiş, ona verilən evə köçməmiş və evi satmışdır.Cavabdeh evli olmuş və sonradan boşanmışdır. 3-4 ildir ki, orda-burda yaşayır. Cavabdeh özünə məxsus əşyaları həmin evdən çıxarmaq istəmir.Qeyd olunan ev uçulmuş və dağılmış vəziyyətdədir.Özünün mülkiyyətində həmin ünvanda başqa bir 5 otaqlı ev vardır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil bildirmişdir ki, iddiaçının iddia qaldırmaq hüququ yoxdur. Ev vəsiyyətnamə ilə iddiaçının oğlu X7 verilmişdir. Evin mülkiyyət hüququ təşkil edən sənəd yoxdur. Vəsiyyətnamə verilərkən əmlakın mülkiyyət hüququnu təşkil edən sənəd olmamışdır. Cavabdehin atası vərəsə olmuşdur. Vəsiyyətnamə olmuş olsa belə cavabdehin məcburi payı vardır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 692815 nömrəli arayışdan görünür ki, X6 22 iyun 1950-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 282625 nömrəli arayışdan görünür ki, X3 12 iyun 1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbbi fəlakət nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. İş materiallarında olan 12 avqust 1986-cı il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri Fioletov küçəsi 26-da yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini nəvəsi X7 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2009-cu ildə ******* saylı çıxarışla qeydə alınmış Salyan şəhəri, Şəhriyar küçəsi 32-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh mübahisəli evdə 1983-cü ildə doğulmuş və orada yaşamışdır.O,həmin evdə yaşayış hüququnu itirməmişdir.İddiaçı kimi onun da həmin fərdi yaşayış evindən istifadə hüququ olmuşdur. Ona görə də məhkəmə cavabdehə məxsus əşyaların mübahisəli mənzildən çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Tərəflər arasında münasibətlər yarandığı dövrdə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməklə yaranmış mübahisə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh məxsus dəmir çarpayı,stol, stul, şifaner və sair əmlakların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar