Məhkəmə qərarları › İş №2(057)-801/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-801/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-801/2024 27.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkil X1 iştirakı ilə, aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 235 manat olmala cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh ilə 2010-cu ildə evlənmişlər. Birgə nikadan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi əsasında nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə görüş ilə bağlı Əsmər adlı uşağı icra şöbəsinə gətirmiş, cavabdeh uşağı apararaq bir daha geri gətirməmişdir.Faktiki olaraq Mələk və Məryəm adlı uşaqlar onun yanındadırlar.Əsmər adlı uşaq isə cavabdehdədir. Məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsində olduğu üçün hər ay hər uşağa 235 manat olmala cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkil X4 bildirmişdir ki, Mələk və Məryəm adlı uşaqlar atasındadırlar. Əsmər adlı uşaq isə anadadır. Uşaqların iddiaçıdan alınaraq cavabdehə verilməsi və aliment tələbinə dair Salyan rayon Məhkəməsində cavabdeh iddia qaldırmış və iş hal-hazırda hakim Vəsilə Əliyevanın icraatındadır. Tərəflər eyni şəxs olduğu üçün mülki işin bir icraatda birləşdirilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqlar olmuşdur. İş materiallında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 16 dekabr 2022-ci il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)-139/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqların ataları İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İddiaçı ananın alimenti ödəmək imkanının olub-olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və həmçinin müəyyən olunmuşdur ki, uşaqlardan biri faktiki olaraq ananın himayəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 235 manat olmala, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar