Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-835/2024 13.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi Cavabdeh iştiakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2009-cu il təvəllüdlü X9, 13 sentyabr 2011-ci il təvəllüdlü X6, 15 aprel 2014-cü il təvəllüdlü X10, 09 fevral 2016-cı il təvəllüdlü X7 və 22 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 1000 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını Salyan rayon, Kürsəngi kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 15 aprel 2009-cu il tarixdə rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 25 sentyabr 2009-cu il təvəllüdlü X9, 13 sentyabr 2011-ci il təvəllüdlü X6, 15 aprel 2014-cü il təvəllüdlü X10, 09 fevral 2016-cı il təvəllüdlü X7 və 22 fevral 2020-ci il təvəllüdlü X11 adlı beş nəfər uşaq doğulmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə bir müddətdir ki, ayrı yaşayır. Cavabdeh uşaqlarına baxmır. Hesab edir ki, cavabdeh ata kimi uşaqlarını saxlamağa borcludur. Ona görə də, 25 sentyabr 2009-cu il təvəllüdlü X9, 13 sentyabr 2011-ci il təvəllüdlü X6, 15 aprel 2014-cü il təvəllüdlü X10, 09 fevral 2016-cı il təvəllüdlü X7 və 22 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 1000 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə əvvəl razılaşmasa da hazırda başa düşür ki, uşaqlarına görə aliment ödəməlidir. İddiaçı ilə bir evdə yaşayır və barışmaq istəyir. Aylıq əmək haqqısı 2000 (iki min) manat təşkil edir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə cavabdehdir. Mülki iş üzrə İddiaçı ilə eyni evdə yaşayırlar. X11 xəstə olduğu üçün iddiaçı məhkəmə iclasında iştirak edə bilmir. İddia tələbi ilə razıdır. Dövlət rüsumunun ondan tutulmasına etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Kürsəngi kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ № seriyalı, 472274 nömrəli X2 ksero surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirişova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə mediator X8 tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, MŞS/MT-028/2024/0086A saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdeh aliment tutulması məsələsini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş X9, X6, X10, X7 və X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 1000 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya” Sistemindən çıxarılmış gəlir məlumatlarından görünür ki, cavabdeh hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işləyit və aylıq 1766.01 manat əmək haqqı alır. Ona görə də, cavabdehdən alimentin tutulması qanunda nəzərdə tutulduğu qaydada 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahınlarından doğulmuş yetkinlik yaşlarına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması 14 mart 2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 121.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəində dərhal icra olunsun. Cavabdeh 121.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-835/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-835/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver