Məhkəmə qərarları › İş №2(057)-858/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-858/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-858/2025 05.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah dövründə xasiyyətləri uyğun gəlməmiş və aralarında narazılıq yaranmışdır. Salyan Rayon Məhkəməsində nikahın pozulması işi icraatdadır. Birgə nikahdan doğulan övladları xx.xx.2023-cü il təvəllüdlü X7 hazırda onunladır. Azərbaycan Respublikasında 2025-ci il üçün bir uşağın yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq o da, cavabdehdən sabit məbləğində olmaqla hər ay hər uşaq üçün 250 manat olmaqla alimentin mediasiya üçün müraciət edildiyi xx.xx.2025-ci il tarixindən tutulmasını istəyir. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və qarşı tərəf iştirak etmədiyi üçün ilkin mediasiya 50 manat rüsum ödənilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aliment tələbi ilə bağlı artıq məhkəmənin yekun qətnaməsi qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Salyan rayon Qeydiyyat şöbəsində 246 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-ci il təvəllüdlü X5 yaşayış yeri anası İddiaçı himayəsində və onun yanında müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan X4 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasının üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Salyan Rayon Məhkəməsinin 2(057)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin nəticə hissəsindən (7-ci abzas) görünür ki, qətnamənin aliment hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə (aliment) mübahisəyə dair Salyan Rayon Məhkəməsinin 2(057)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mövcud olduğundan, 2(057)-858/2025 saylı mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(057)-858/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar