Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-887/2023 21.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əlavə xərclərin ödənilməsi, hər ay hər birindən 400 manat alınaraq, cəmi 800 manat əlavə xərclərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun valideyinləridir. Atası Cavabdeh1 və anası Cavabdeh2 birgə evliliyindən anadan olmuşdur. O, 2022-ci ildə Türkiyə Respublikasında yerləşən “GÜMÜŞHANE” universitetinin “GÜMÜŞHANE İKTİSADİ VE İDARİ BİLİMLER” fakultəsinə daxil olmuşdur. Valideynləri uzun illər əvvəl ayrılmışlar. O, anasının himayəsində yaşamışdır. O, yetkinlik yaşına çatana kimi anası atasında məhkəmə qaydasında aliment tələb etmişdir. Məhkəmənin müvafiq qətnamələri ilə alıment kəsilmişdir. Atası həmişə alimenti vaxtı-vaxtında ödəmişdir. O, qayğı ilə yanaşmışdır. Anası atasından ayrı yaşadığı vaxtlarda o, hətta bir neçə gün atasının yaşadığı Salyan rayonu, Qarabağlı kəndində onunla qalmışdır. Atasının ona olan diqqət və qayğısını heç vaxt unuda bilməz. Xaricı ölkədə təhsil aldığı üçün və orada yaşamaq və oxumaq xərc tələb etdiyindən məcburiyyət qarşısında qalıb hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən anası Cavabdeh2 onun təhsil xərcini tam ödəmişdir. O, universitetin yaxınlığında olan tələbə yataqxanasında qalır. Hər ay onun yemək, nəqliyyat və digər xərcləri 250 manat təşkil edir. 4 ilə 12000 manat yataqxananın ödənişi edir, 4 il təhsil almalıdı. Bakıdan İstanbula təyyarə ilə 300 manat, İstanbuldan isə Gümüşhanə şəhərinə 200 manat xərc edir. Bir il ərzində 2 dəfədən olmaqla bu da 4 ilə 8 dəfə edir. Türkiyədən Bakıya gediş və gəliş ümumilikdə 1000 manat təşkil edir. 4 il ərzində Türkiyəyə gedib-gəlmək üçün 8000 manat tələb olunur. Odur ki, cavabdehlər Cavabdeh1 400 manat və Cavabdeh2 400 manat əlavə xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, qızı yaxşı təhsil almaq istəyir, qızının xaricdə təhsil almasını ilk əvvəl etiraz etsə də, sonradan qızının israrından sonra qəbul etmişdir. Hazırda onun səhhətində (gözündə) problem var, həkim nəzarətindədir. Sevdanın qaldığı yerin kirayə haqqı, qidalanması, gedib-gəlməsi üçün ona maddi kömək etməyin zəruri olduğunu başa düşür, ona görə də, hər ay qızına 200 manat pul ödəməyə söz verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, qızı Sevdanın 18 yaşı tamam olanadək aliment ödəmişdir. Artıq heç bir yerdə işləmir. İşsiz kimi 23 may 2023-cü il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İkinci evliliyindən bir uşağı var, həyat yoldaşının səhhəti də yaxşı deyil. Onların maddi ehtiyacını ödəyə bilmir. İddiaçı oxumaq istəyirdisə, Azərbaycanda olan ali məktəblərdən birində təhsil ala bilərdi. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X4 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan X3 surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Donets Vilayəti, Qorlovka şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarına əlavə olunmuş sənədlərin ksero surətindən görünür ki, İddiaçı Türkiyə Respublikasının GÜMÜŞHANE Üniversitesi tərəfindən verilmiş Öğrənci Belgesindən görünür ki, ona № ********** saylı Türkiyə kimlik kartı verilmişdir. Bundan başqa, Ödəniş sənədlərindən görünür ki, İddiaçı 12500 Türk lirası ödəniş etmişdir. İş materiallaraına əlavə olunmuş e-sosial.az portalı vasitəsi ilə əldə olunmuş arayışdan görünür ki, Cavabdeh1 işaxtaran kimi xx.xx.2023-cü il tarixdən X1 filialında qeydiyyata alınmışdır. İş materiallaraına əlavə olunmuş X3 ksero surətindən görünür ki, X5 04 may 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası Dadaşova Hicran Seyidağa qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideyinlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı yetkinlik yaşına çatmışdır, əmək qabiliyyətlidir, lakin ali təhsil müəssisəsində təhsil aldığı üçün işləmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2 iddia tələbini qismən etiraf etməklə 200 manat məbləğində onun təmin olunmasına etiraz etmədiyini bildirdiyindən, digər Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təhsil alması ilə bağlı əlavə xərlərin tutulma müddətini araşdıraraq hesab edir kihəmin xərclər hər ay ödənilməli xərc olduğundan ona alimentin tutulma müddəti müddəaları şamil edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, xərclərin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü İddiaçı ali təhsil müəssisəsini bitirənək təhsil aldığı müddətdə cavabdehlər Cavabdeh1 hər ay 100 manat, Cavabdeh2 isə hər ay 200 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü İddiaçı ali təhsil müəssisəsini bitirənək təhsil aldığı müddətdə cavabdehlər Cavabdeh1 hər ay 100 (yüz) manat və Cavabdeh2 hər ay 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-887/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-887/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver