Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-892/2025 21.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsində olmasının müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsində olmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 07 noyabr 2008-ci il təvəllüdlü X4 onun himayəsində olmasının müəyyən edilməsi, 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş, 07 noyabr 2008ci il təvəllüdlü X7 və 18 avqust 2012-ci il təvəllüdlü X6 cavabdehin yanında qalması qət edilmişdir. 2023-cü ilin oktyabr ayından X7 onun yanına gəlmiş və həmin vaxtdan da onunla birlikdə yaşayır. Cavabdehin yanında qalan Vaqif ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh Vaqifin maddi, mənəvi və sosial durumu qətiyyən maraqlanmır. O, yanında qalan uşaq üçün də cavabdehə aliment ödəyir. O, bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat versə də, onlar ona bunun üçün məhkəmə qətnaməsinin lazım olduğunu bildirmişlər. X7 onun himayəsində qalmasını özü də təsdiq edə bilər və bu məqsədlə onun məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə birgə nikahından iki övladı var. Məhkəmə qətnaməsi ilə uşaqlarına görə aliment təyin edilmişdir. Aliment borcuna görə yaşadıqları evi bir dəfənlik cavabdehə vermişdir. Cavabdeh də notarial qaydada ərizə yazaraq ona qarşı gələcəkdə alimentə dair heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Oğlu Vaqif 2023-cü ildən onun yanında Bakı şəhərində yaşayır. Həmçinin oğlu Bakı şəhərində Aqil adlı ustanın yanında qadın saç kəsimini öyrənir. Özü Bakı şəhəri, X2 yaxınlığında bərbər salonu icarəyə götürərək fərdi qaydada bərbərliklə məşğul olur. Aylıq qazancı 1000-1500 manat olur. Oğlu Vaqif üçün cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, hər ay 50 manat aliment verə bilər. Oğlunun atasının yanında qalmasına etiraz etmir. Özü “Oba” marketdə satıcı işləyir, 350 manat aylıq əmək haqqı alır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, oğlu Vaqifin atasının yanında qalmasına etiraz etmir. Hər ay 50 manat aliment verə bilər. Özü hər ay 350 manat maaş alır. Uşağın biri onun yanındadır. Güclə dolanırlar. Banka borcuda var. Çatdıra bilmir. Uşağın dolanışığını, məktəb pulunu çatdıra bilmir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında fikri öyrənilmiş xx.xx.2008-ci il təvəllüdlü X7 bildirmişdir ki, o, anası ilə qalmaq istəmir. Anası onlara baxmır. Onu təhqir edir. Atası ilə qalmaq istəyir. 6-7 aydır ki, qadın saç ustalığını öyrənir. Bacısı ilə əlaqə saxlamır. O, anası ilə görüşmək istəmir. Verilən suallara cavab olaraq bildirmişdir ki, anası işləyir, pul qazanır. Aliment verə bilər. Məhkəmə İddiaçı və Cavabdehin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-957/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Salyan rayon Qeydiyyat Şöbəsində 29 mart 2012-ci il tarixdə, 07 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2008ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 may 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 daimi pasport qeydiyyatı Salyan rayonu Qızılağac Ərazi Dairəsinin Quyçu kəndində olmasına baxmayaraq, halhazırda 1 il 3 aya yaxındır ki, ünvan 1 ünvanında atasının yanında yaşayır. İş materiallarında olan X5 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞS/MT-028/2025/0011A saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X5 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşə əlavə edilmiş Cavabdeh 21 yanvar 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, keçmiş əri İddiaçı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Hal-hazırda və gələcəkdə alimentə dair heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər; 60.4-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında göstərilmişdir ki: Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuş, Salyan Rayon Məhkəməsinin 2(057)-957/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıdan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. İddiaçı cavabdehə olan aliment borcunu birdəfəlik əmlak verməklə həll etdiyindən, AZEMİS vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, icra işi İcra Şöbəsi tərəfindən arxivə verilmişdir. Sonradan xx.xx.2008-ci il təvəllüdlü X7 atasının yanına gedərək onunla qalmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında fikri öyrənilmiş xx.xx.2008-ci il təvəllüdlü X7 anasının deyil, atası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq, habelə uşağın atasının yanında qalmaq istədiyini, cavabdehin həmin hissədə iddianı qəbul etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi uşağın atanın yanında qalması hissəsində əsaslı olduğundan təmin edilməli və 07 noyabr 2008-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə iddia tələbinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının daimi işi olduğunu, aylı qazancının 1000-1500 manat təşkil etdiyini, cavabdehin himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 olmasını və aylıq əmək haqqısının 350 manat olduğunu nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 07 noyabr 2008-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilməli, Bu qətnamə qanuni qüvvəyə mindiyi gündən 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh X1 xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.12 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən, MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 07 noyabr 2008-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi gündən 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh X1 xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.12 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-892/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-892/2025
21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver