Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-102/2024 10.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək aliment öhdəliyindən azad olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 dekabr 2006-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Nikahlarından xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X8 dünyaya gəlmişdir. Xasiyyətləri tutmadığından Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)457/2020 saylıqətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2007-ci il tarixdə X6 və xx.xx.2009-cu il tarixdə X7 onun yanında, xx.xx.2017-ci il tarixdə doğulmuş X8 isə azyaşlı olduğu üçün Cavabdeh yanında saxlanılmış, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşı tamam olandan sonra təyin edilmiş 150 manat aliment məhkəmənin qərarı ilə azaldılaraq 100 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh nikah pozulduqdan sonra iddiaçının yanında qalan övladları ilə maraqlanmır. Cavabdeh marketdə satıcı işləyir, o, yanında qalan uşağa baxa bilmir və aliment ödədiyi halda həmin uşağa da iddiaçı baxır. Ona görə də, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün aliment ödəmək öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, məhkəmə qətnaməsi ilə cavabdehin yanında saxlanılmış övladı X8 hazırda günün çox hissəsi onun yanında olur, uşağın gündəlik maddi tələbatını o qarşılayır. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə onun yanında saxlanılmış xx.xx.2017-ci il təvəllüdlü X8 iddiaçının yanında yaşayan bacı və qardaşını görmək üçün atasının evinə gedir. Lakin o, daimi atasının yanında yaşamır. O, işdən çıxan kimi gəlin uşağı atasının evindən götürüb öz evinə aparır. Sadəcə bacı və qardaşını görmək, onlarla vaxt keçirmək üçün gün ərzində uşağın atasının evinə getməsi iddiaçınınm aliment öhtəliyindən azad olunmasına əsas vermir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatını nəzərə alaraq, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; Samux Rayon Məhkəməsinin 2(058-457/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında 20 dekabr 2006-cı il tarixdə Samux rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından 08 noyabr 2007-ci il tarixdə anadan olmuş X6 və 23 may 2009-cu il tarixdə anadan olmuş X10 adlı uşağının cavabdeh olan atası İddiaçı, 13 oktyabr 2017-ci il tarixdə anadan olmuş X2 isə iddiaçı olan anası X3 yanında saxlanılması, 13 oktyabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər növ qazançından 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, Samux rayon Düldül küçəsi sakinlərinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktda, aktı imzalayan şəxslər 13 oktyabr 2017-ci il tarixdə anadan olmuş X5 bir ildən çox müddət ərzində hər gün səhər-axşam atası İddiaçı yaşadığı ünavnda gördüklərini qeyd edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal, yəni uşağın daimi olaraq onun yanında yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının sübut kimi təqdim etdiyi, onunla eyni kənddə yaşayan kənd sakinləri tərəfindən tərtib olunmuş akt mötəbər sübut hesab edilmir. Həmçinin uşağın bacı və qardaşını görmək, onlarla vaxt keçirmək üçün və ya başqa səbəblərlə digər valideyninin evinə gedib-gəlməsi anlaşılan və qəbuledilən haldır və bu hal aliment ödəmək öhdəliyi daşıyan valideynin həmin öhdəlikdən azad olunmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-102/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-102/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver