Məhkəmə qərarları › İş №2(058)-1059/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1059/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1059/2025 17.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Qəhrəmanov Rəşad Elşad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-51/2025 saylı qərardadı ilə minimum əmək haqqının 0.95 misli həddində müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər ay hər uşağa görə 160 manat sabit pul məbləği həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır, cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və yetkinlik yaşına çatmamış uşaqları cavabdehin yanında qalmışdır. Samux Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(058)-1028/2018 saylı qətnaməsi ilə ondan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X4 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 154 manat alimenti ödəyir. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-51/2025 saylı qərardadı ilə Samux Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(058)-1028/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 154 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya olunması qərara alınmışdır. Onun hazırda cavabdehə hər ay hər uşağın saxlanması üçün 380 manat aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, heç bir yerdə rəsmi olaraq işləmir. Günəmuzd fəhləliklə məşğul olur. Səhhətində narahatçılıqlar vardır. Həmçinin, cavabdehlə ayrıldıqdan sonra X5 ilə ailə qurmuşdur. Həmin evlilikdən Zəhra adlı uşaqları doğulmuşdur. Həmin övladı onu himayəsində yaşayır, belə vəziyyətdə aliment məbləğinin artırılması onun maddi vəziyyətini daha ağırlaşmasına səbəb olur. Bu səbəbdən təyin olunmuş alimentin məhkəmə yolu ilə azaldılmasına zərurət yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə göndərilən məhkəmə bildirişi ona çatmadığından məhkəmə tərəfindən məhkəmə bildirişi cavabdehin axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)–1028/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, 28 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 və 10 iyun 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər növ qazancından hər uşaq üçün 154 manat, iki uşaq üçün 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-51/2025 saylı qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018cı il tarixli, 2(058)-1028/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, 28 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-1028/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə anadan olmuş 28 oktyabr 2011-ci il təvəllüdlü olmuş X1 və 10 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment (vəsait) tutulması qət edilmişdir. Daha sonra Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-51/2025 saylı qərardadı ilə müəyyən olunmuş aliment məbləği indeksasiya olunaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1–ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, iddiaçının ikinci dəfə evlənməsini, ikinci evliliyindən bir azyaşlı uşağının olmasını, işsiz olmasını iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik kimi qiymətləndirir və bu halı nəzərə alaraq Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-51/2025 saylı qərardadı ilə müəyyən (indeksasiya) olunmuş alimentin miqdarının dəyişdirilməsini (azaldılmasını) zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2011-ci tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-51/2025 saylı qərardadına əsasən müəyyən (indeksasiya) olunmuş alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində aliment tutulsun. Alimentin azaldılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar