Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-115/2025 24.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və pedeqoq- Samux şəhər M.Ə.Sabir adına 1 nömrəli məktəb litseyinin müəllimi X4 iştirakları ilə, İddiaçı cavabdeh Həsənova (Yəhyayeva) Mətanət Bədəl qızına qarşı “birgə nikahdan doğulmuş uşağın cavabdehdən və cavabdehin ahıl yaşda olan anasından alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Həsənova (Yəhyayeva) Mətanət Bədəl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş X5 cavabdehdən və cavabdehin ahıl yaşda qoca nənəsindən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Həsənova (Yəhyayeva) Mətanət Bədəl qızı ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 29 noyabr 2012-ci il tarixdə X8 və 18 iyul 2014-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. O, cavabdehlə 2020-ci ildən faktiki olaraq ayrılmışdır. Həmin vaxtdan oğlanlarından Məsadif onun yanında yaşayır. Elmir adlı oğlu isə cavabdehin ahıl yaşda olan qoca nənəsinin yanında yaşayır. Samux Rayon Məhkəməsinin 2(058)-43/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan Samux Rayon Qeydiyyat şöbəsindən 290 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Samux Rayon Məhkəməsinin 2(058)-804/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan doğulmuş 18 iyul 2014-cü il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər növ qazancından 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Cavabdeh 2020-ci il tarixdən ayrıldıqdan sonra ailə həyatı qurmuş, ikinci ailəlikdəndə uşaqları doğulmuşdur. Cavabdeh dörd il olar ki, Elmir adlı oğlu ata və anasından ayrı qalaraq ahıl yaşda anasının yanında qoyub getmişdir. O, ödladrının hər ikisinində bir evdə onun yanında böyüməsini istəyir. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə edərək bildirdi ki, Qəyyumluq və Himayəçilik Komisiyyasının rəyi ilə razıdır, hazırda uşağı da məhkəməyə gətirib, onun fikri öyrənilərsə aydın olar ki, o, atasının yanında qardaşı ilə birlikdə yaşamaq istəyir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə Daskəsən regional Təhsil İdarəsinin Samux Şəhər M.Ə.Sabir adına 1 nömrəli məktəb litseyinin müəllimi X4 iştirakı ilə iddia tələbində sözügedən uşaq və onun qardaşı dindirilmişdir. Məhkəmə iclasında dindirilmiş 18 iyun 2014-cü il tarixdə doğulmuş X6 fikri öyrənilən zaman bildirdi ki, o, uzun müddət ana nənəsinin yanında yaşayıb, belə ki, anası onu Çobanabdallı kəndində nənəsinin yanında qoyub ailə quraraq Mingəçevir şəhərinə getmişdir. Uzun müddətdir ki, o, anasını görmür. Anasının öz ailəsi var və ona nənəsi baxıb. Hazırda isə o, nənəsinin yanından çıxıb atasının və qardaşının yanına getmiş və onlarla birlikdə yaşamağa başlamışdır. Bundan sonra da atasının yanında qardaşı ilə birlikdə yaşamaq istəyir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 fikri öyrənilən zaman bildirdi ki, uzun müddət əvvəl anası və atası ayrılarkən qardaşı Elmir anasının, o isə atasının yanında qalıb. Lakin anası neçə illərdir ki, ailə qurub Mingəçevir şəhərində yaşayır və qardaşı Elmiri isə Samuxda yaşayan nənəsinin yanında qoyub gedib. Elmirə uzun müddətdir ki, nənəsi baxır. Hazırda isə Elmir nənəsinin yanından çıxıb onların yanına gəlmişdir. O istəyir ki, qardaşı artıq onun yanında yaşasın. Belə ki, onlar birlikdə çox xoşbəxtdirlər. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, pedeqoqun uşaqların fikirlərinə dair münasibətini aydınlaşdırıb, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: AZ İ 377773 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış nikahlarına xitam verilmişdir. AZ-İİİ № 008215 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 noyabr 2012-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. AZ-İİİ № 245083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 iyun 2014-cü il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. Samux Rayon Məhkəməsinin 2(058)-804/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan doğulmuş 18 iyul 2014-cü il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər növ qazancından 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-43/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X7 arasında olan28 noyabr 201-ci il tarixdə Samux Rayon Qeydiyyat şöbəsindən 290 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komisiyyasının rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 atası İddiaçı ilə birlikdə yaşamaqları məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci və 49.3-cü maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarından və uşaqların məhkəmə tərəfindən öyrənilən fikirlərindən aydın olur ki, tərəflərin birgə nikahlarından 18 iyul 2014-cü il tarixdə doğulmuş X10 uzun müddətdir ki, nənəsinin yanında yaşamaqla ana qayğısından və nəvazişindən uzaq qalmışdır. Hazırda isə o, könüllü olaraq atasının yanına gedərək orada atası və qardaşı ilə birlikdə yaşayır. Cavabdehə isə işin mahiyyəti, məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə dair heç bir etiraz bildirməmişdir. Məhkəmə işin faktiki hallarını, yəni uşağın uzun müddətdir ki, anasının deyil, nənəsinin yanında yaşamasını, uşaqların fikirlərini, uşaqlar arasında olan emosianal bağlılığı və müvafiq rəyi nəzərə alaraq hesab edir ki, 18 iyul 2014-cü il tarixdə doğulmuş X6 atasının yanında qardaşı ilə birlikdə yaşaması onun mənafeyi və psixi inkişafı baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 iyul 2014-cü il tarixdə doğulmuş X10 atası İddiaçı yanında saxlanılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-115/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-115/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver