Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1204/2023 21.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 220 manat sabit pul məbləğində alimentin, cəmi 660 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavahdeh Cavabdeh ilə xx.xx.2013-cü ildə faktiki nikaha girib ailə hayatı qurmuşlar, nikahlarını xx.xx.2013-cü il tarixdə rəsimləşdirmişlər. Birgə nıkahlarından xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehlə aralarında dəfələrlə narazılıq olmuş, xx.xx.2023-cü il tarixdən evdən çıxıb getmişdir. O, hazırda azyaşlı uşaqları ilə birlikdə Samux rayonu, Füzuli kəndində yaşayır. Birgə nikah dövründə doğulmuş övladlarına özü baxır və qayğısına qalır, uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, onların maddi tələbatını ödəyə bilmir. Bu səbəbdən də, o, xx.xx.2023-cü il tarixdə cavabdehlə himayəsində olan uşaqların saxlanılması üçün aliment tələbinə dair mediasiya təşkilatına rəsmi müraciət etmiş, mediasiya onların iştirakı ilə mediator tərəfindən keçirilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Ona görə də, alimentin onun mediasiya arayışı aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması zəruridir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşaqlarının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Onun heç bir yerdən gəliri yoxdur, uşağı normal böyütmək üçün alimentə çox ehtiyacı var. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X7, xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X9 adlı üç övladları doğulmuşdur. Onlar evləndiyi ilk vaxtlarda ailə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri tutmamışdır. Uşaqlar onun himayəsindədir və o, heç bir yerdə işləmir. Cavabdeh hərbçi olmaqla maddi imkanı yaxşı olsa da, övladlarına maddi cəhətdən köməklik göstərmir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkil) X8 məhkəmə iclasında bildirdi ki, Cavabdeh hazırda hərbçidir. O, hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Quliyeva (Məmmədova) İlhamə Şəmşid qızının nikahları xx.xx.2013-cü il tarixdə 33 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Quliyeva (Məmmədova) İlhamə Şəmşid qızının birgə nikahlarından 11 noyabr 2013-cü il tarixdə X7 doğulmuşdur. xx.xx.2014-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Quliyeva (Məmmədova) İlhamə Şəmşid qızının birgə nikahlarından 10 noyabr 2014-cü il tarixdə X5 doğulmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Quliyeva (Məmmədova) İlhamə Şəmşid qızının birgə nikahlarından 02 aprel 2018-ci il tarixdə X9 doğulmuşdur. xx.xx.2023-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 84,8 (səksən dörd manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1204/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1204/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver