Məhkəmə qərarları › İş №2(058)-1245/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1245/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1245/2025 28.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh Salam qızına qarşı “uşağın atanın yanında qalması, cehiz əşyalarının çıxarılması və əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Salam qızına qarşı “uşağın atanın yanında qalması, cehiz əşyalarının çıxarılması və əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salam qızı ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 atanın yanında qalmasına, cavabdehə məxsus cehiz əşaylarının çıxarılmasına və avtomobilə vurulmuş 500 manat həcmində maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçının “uşağın atanın yanında qalması”, iddia tələbi ilə “cehiz əşyalarının çıxarılması və əmlaka vurulmuş ziyanın ödənilməsi” iddia tələbləri bir-biri ilə əlaqədar olmayan tələblərdir və onlara bir icraatda baxılması tərəflərin və üçüncü şəxslərin mənafeyinə toxuna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Salam qızına qarşı “uşağın atanın yanında qalması, cehiz əşyalarının çıxarılması və əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar