Məhkəmə qərarları › İş №2(058)-1336/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1336/2025

28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1336/2025 28.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh X3 qarşı “uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı “uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 İddiaçı yanında qalmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəyə əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-63/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında 24 iyul 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1461 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahlarından 10 aprel 2015-ci il tarixdə anadan olmuş X10 və 06 oktyabr 2016-cı il tarixdə anadan olmuş X9 nikahın pozulmasından sonra X2 yanında saxlanılması və tərəflərin birgə nikahlarından 10 aprel 2015-ci il tarixdə anadan olmuş X7 və 06 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 İddiaçı alınaraq, cavabdeh X3 verilməsi qət edilmişdir. Göründüyü kimi Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-63/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəlmiş, lakin uşaqların atadan alınıb anaya verilməsi mümkün olmamış və bununla da qətnamə icra olunmamışdır. İddiaçı uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uşaqlar əvvəldən və hazırda da onun himayəsində qalır və uşaqlar onunla qalmaq istəyirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı cavabdeh X3 qarşı “uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar