Məhkəmə qərarları › İş №2(058)-1355/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1355/2023

01.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1355/2023 01.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və ƏMDX DƏDKR publik hüquqi şəxsinə qarşı «hüququn yüklü edilməsi barədə aparılmış qeydiyyat barədə çıxarışın və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və ƏMDX DƏDKR publik hüquqi şəxsinə qarşı “hüququn yüklü edilməsi barədə aparılmış qeydiyyat barədə çıxarışın və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və ƏMDX DƏDKR publik hüquqi şəxsinə qarşı «hüququn yüklü edilməsi barədə aparılmış qeydiyyat barədə çıxarışın və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar