Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-151/2025 03.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Samux rayon Qarağaclı tam orta məktəbin nümayəndəsi (direktoru) Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “ödənilməyən əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında ödənilməyən əmək haqqının, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh onlara qarşı uzun müddət qərəzli mövqe nümayiş etdirmişdir. O, (İddiaçı1) Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləmiş, İddiaçı2 isə hazırki vaxtadək gözətçi vəzifəsində işləyir. Məktəb direktoru Cavabdeh onu (İddiaçı1) qərəzli olaraq işdən azad etdiyi üçün xx.xx.2021-ci il tarixli 46 saylı əmrin ləğvi, işə bərpa olunmağı və məcburi 4 aylıq əmək haqqı tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiası Samux Rayon Məhkəmənin 25 iyul 2022-cı il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Lakin işdən çıxarılan Cavabdeh yenidən məktəbə direktor təyin olunandan sonra onların hər ikisi ilə ədavət aparır, onların məktəbdə işlərini sərbəst icra etməsinə maneçilik edir, tabelə imza etməyə icazə vermir. Məktəbdə özünə yaxın adamlarla aktlar yazır, belə ki guya onlar üzürsüz səbəbdən işdə olmurlar. Bu barədə onlar müvafiq orqanlara müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Onlar mediyasiya şurasına müraciət etmələrinə baxmayaraq Cavabdeh mediyasiya Şurasının iclasında iştirak etməmişdir. Ona görə də Cavabdeh onlara qarşı qərəzli mövqeyinə son qoylması və əmək haqqı tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyəində qalmışlar. Məhkəmədən tələbin təmin edilməsini xahiş edirlər. İddiaçılar məhkəməyə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbi ilə əvəz olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, vaxtilə Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışmışdır. Məktəbin direktoru Cavabdeh xx.xx.2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Daha sonra isə Samux Rayon Təhsil X1 xx.xx.2021-ci il tarixli əmri ilə məktəbin direktoru Cavabdeh xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, onunla yenidən əmək müqaviləsinin bağlanması Cavabdeh tapşırılmışdır. Daha sonra onunla yenidən əmək müqaviləsi bağlanmış və o, məktəbdə təsərrüfat müdiri vəzifəsinə bərpa edilmişdir. Lakin buna baxmayaraq onun məcburi iş buraxma dövrü üçün ona əmək haqqı hesablanmamış, bu səbəbdən də o, həmin dövrdə, yəni 2022-ci ildə məhkəməyə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin müvafiq qətnaməsi ilə tələbi qismən təmin edilərək ona məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşə bərpa olunaraq vəzifəsini icra etdiyi müddətdə hər gün iş saatlarında işdə olmuş, öz vəzifələrini qanunamüvafiq şəkildə icra etmişdir. Lakin məktəbə gələn yoxlamalar zamanı o, hər şeyi olduğu kimi, yəni reallığa uyğun şəkildə yoxlama aparan şəxslərə bildirdiyi üçün Cavabdeh ona aqressiv münasibəti və ədavəti yaranmışdır. Belə ki, Cavabdeh ona davamiyyət tabelinə müəyyən vaxtlarda imza etməyə icazə verməmişdir. Cavabdeh qızı sözügedən məktəbdə katibə olaraq çalışır və davamiyyət tabeli əksər vaxtlarda onda olur. Neçə ki, davamiyyət tabeli Cavabdeh qızında olmuş o, həmin vaxtlarda tabelə imza edə bilməmişdir, çünki katibə xanım, yəni direktor Cavabdeh qızı Nuranə Mürsəlzadə ona tabelə imza etməyə izin verməmişdir. Tabel başqa şəxslərdə, yəni məktəbin digər əməkdaşlarında olduqda isə o, tabelə imza edə bilmişdir. Halbuki o, hər gün iş saatlarında işdə olmuşdur. Lakin Cavabdeh tərəfindən ona 2024cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında əmək haqqı yazılmamışdır. Cavabdeh ona həmin aylarda əmək haqqının yazılmamasını onun həmin aylarda işdə olmaması ilə əsaslandırır. Halbuki belə bir hal qətiyyən olmayıb, o, hər gün iş saatlarında işdə olub. Məktəbin direktoru Cavabdeh 23 noyabr 2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Lakin qeyd etdiyi kimi 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında ona ödənilməli olan əmək haqqı ödənilməmişdir. Tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, uzun illərdir ki, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə gözətçi olaraq çalışır. Qardaşı İddiaçı1 isə həmin məktəbdə uzun illər təsərrüfat müdiri vəzifəsində çalışmışdır. Məktəbin direktoru Cavabdeh ilə qardaşı İddiaçı1 arasında münasibətlər yaxşı olmadığından Cavabdeh ona və qardaşına qarşı qərəzli mövqe tutmuşdur. Belə ki, o, hər gün iş saatlarında işdə olmasına baxmayaraq Cavabdeh ona 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında əmək haqqı yazılmamışdır. Cavabdeh ona həmin aylarda əmək haqqının yazılmamasını onun həmin aylarda işdə olmaması ilə əsaslandırır. Halbuki belə bir hal qətiyyən olmayıb, o, hər gün iş saatlarında işdə olub. Buna baxmayaraq Cavabdeh ona davamiyyət tabelinə müəyyən vaxtlarda imza etməyə icazə verməmişdir. Cavabdeh qızı sözügedən məktəbdə katibə olaraq çalışır və davamiyyət tabeli əksər vaxtlarda onda olur. Neçə ki, davamiyyət tabeli Cavabdeh qızında olmuş o, həmin vaxtlarda tabelə imza edə bilməmişdir, çünki katibə xanım, yəni direktor Cavabdeh qızı Nuranə Mürsəlzadə ona tabelə imza etməyə izin verməmişdir. Hazırki vaxtda da o, sözügedən məktəbdə gözətçi olaraq çalışmağa davam edir. Ona 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında əmək haqqının yazılmaması ilə onun hüquqları pozulmuşdur. Tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbin nümayəndəsi (direktoru) Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. İddiaçılardan İddiaçı1 məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışmış, onun 23 noyabr 2024-cü il tarixli əmri ilə İddiaçı1la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin ç bəndinə əsasən xitam verilərək işdən azad edilmişdir. İddiaçı1 qardaşı İddiaçı2 isə hazırda məktəbdə gözətçi olaraq çalışmağa davam edir. İddiaçılara idda ərizələrində göstərdikləri aylarda əmək haqqının yazılmamasına səbəb onların həmin aylarda işdə olmadıqları, öz vəzifələrini icra etmədikləri olmuşdur. Bu halı onun məhkəməyə təqdim etdiyi aktlar və davamiyyət tabelində həmiş aylarda iddiaçıların imzalarının olmaması təsdiq edir. Belə ki, İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında işdə olmamışdır. Bu səbəbdən də onlara həmin aylar üzrə əmək haqqı yazılmamışdır. Tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyirin 2024-cü il üzrə hansı aylarda, hansı günlərdə işdə olub-olmamalarını xatırlamır. Onları məktəbdə gördüyü və görmədiyi günlər olub. Lakin hansı tarixlədə onların ümumiyyətlə işdə olmadıqlarından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024-cü il üzrə məktəbdə gördüyü və görmədiyi günlər olub. Akt tərtib edilərkən aktda qeyd olunan günlərdə o, Elbir və Üzeyirin işdə olmadığını bilmiş və həmin akta imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024-cü il üzrə may ayının 7, 8, 10 və 11-i tarixlərdə məktəbdə görməmiş, bununla bağlı akt tərtib edilərəkən o da akta imza etmişdir. Digə vaxtlarda isə onları məktəbdə gördüyü və görmədiyi günlər olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə tarix müəllimi işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024-cü il üzrə mart ayının bir neçə günündə məktəbdə görməmiş, bununla bağlı akt tərtib edilərəkən o da akta imza etmişdir. Digə vaxtlarda isə onları məktəbdə gördüyü və görmədiyi günlər olub. İş maretiallarındakı sənədlərlə aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Təhsil Nazirliyi Samux Rayon Təhsil Şöbəsi Qaraağaclı qəsəbə tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2021-ci il tarixli 46 nömrəli əmrinin surətindən görünür ki, məktəbin təsərrüfat müdiri İddiaçı1 məktəbdə tutduğu təsərrüfat müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Samux Rayon Təhsil Şöbəsinin 01 dekabr 2021ci il tarixli K-71 nömrəli əmrin surətindən görünür ki, Əhmədov X3 qəsəbə H.Məmmədov adına tam orta məktəbin təsərrüfat müdiri ilə bağlanılmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin 02.11 2021ci il tarixli, 46 nömrəli əmri Azərbaycan Respulikası Əmək Məcəlləsinin 80-ci maddəsi, 70-ci maddəsi və 71-ci maddəsinin 2 və 3-cü bəndlərinın tələblən pozulduğu üçün həmin əmr ləğv edilmiş, Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh əmrin icrasının təmin olunması, İddiaçı1 ilə yenidən əmək müqaviləsi bağlanması və “X2” nə daxil edilməsinin təmin edilməsi, Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh əmrin icra barədə Samux Rayon Təhsil Şöbəsinə məlumat verilməsi əmri verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin məhkəmə qərarının icrası barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, təhsil nazirliyinin xx.xx.2022-ci il tarixli, K- 161 nömrəli "Əmək muqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, Cavabdeh Samux rayonu Qaraağaclı qəsəbə Habil Məmmədov adına tam orta məktəbin direktor vəzifəsinə məcburi iş buraxma müddətinə görə əmək haqqı və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üzrə ödənilməli olan müavinət ödənilməklə bərpa olunması əmr edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil Üzrə X8-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh 23 noyabr 2024-cü il tarixli 110 nömrəli əmri ilə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş elektron çıxarışdan görünür ki, İddiaçı2 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən gözətçi vəzifəsinə işə götürülmüşdür və onun əmək haqqı 416 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını nəzərə alıb, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 23 noyabr 2024-cü il tarixədək Samux rayonu Qaraağaclı qəsəbə Habil Məmmədov adına tam orta məktəbdə təsərrüfat müdürü vəzifəsində çalışmışdır. Məktəbin direktoru Cavabdeh 23 noyabr 2024-cü il tarixli 110 nömrəli əmri ilə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmişdir. İddiaçı2 isə həmin məktəbdə hazırki vaxtadək gözətçi işləyir. İddiaçılar 2024-cü il üzrə, iddia ərizəsində qeyd olunan aylarda onlara əmək haqqının ödənilmədiyini iddia edərək həmin aylar üzrə əmək haqlarının ödənilməsini tələb edirlər. Cavabdehin nümayəndəsi isə iddiçılara iddia tələbində sözügedən aylarda əmək haqqının ödənilmədiyini inkar etmir, lakin əmək haqqının ödənilməməsinin əsası kimi iddiaçıların sözügedən aylarda işdə olmadıqlarını göstərir və bu halın onların davamiyyət tabelinə imza etməmələri ilə təsdqini tapdığını qeyd edir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin, iddiaçılara 2024-cü il ürzə müəyyən aylarda, yəni İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında əmək haqqının ödənilməməsinin səbəbi kimi onların həmin aylarda işdə olmadıqlarına dair gətirdiyi arqument əsasızdır. Belə ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas yaradır. Halbuki işin faktiki hallarından və iş materiallarındakı sənədlərdən aydın olur ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi 23 noyabr 2024-cü il tarixdə ləğv edilmiş, digər İddiaçı2 isə hələ də həmin məktəbdə çalışmaqda davam etməkdədir. Qanunvericiliyin tələbinə əsasən işçinin heç bir üzürlü səbəb olmadan bir iş günü belə işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunduğu və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinə əsas yaratdığı halda, cavabdehin izahatında qeyd etdiyi hal, yəni iddiaçıların 2024-cü il ərzində 5-6 ay ərzində işə gəlmədikləri real olaraq qəbul edilərsə belə olan təqdirdə işəgötürən tərəfindən hansı səbəblə onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməməsi sual doğurur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların sözügedən aylarda işdə olmadıqları məhkəmə araşdırması zamanı heç bir mötəbər sübutla təsdiqini tapmamışdır, bu da dolayısıyla onların həmin aylarda işdə olduqları və əmək funsiyalarını icra etdikləri anlamına gəlir. Əks halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmiş olardı. Buna görə də məhkəmə hesab edir ki, əsassız arqumentlərə söykənərək iddiaçılara iddia tələbində sözügedən aylarda əmək haqqının ödənilməməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımdan iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 157-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci bəndinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında ödənilməyən əmək haqqı, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında ödənilməyən əmək haqqı məbləği iddiaçılara ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-151/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-151/2025
03.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver