Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-177/2023 27.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X7 və Cavabdeh iştirakı ilə, iddiaçı X7 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, uşaqların 2017-ci ildən onun yanında qalması əsası ilə Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)–784/2018 saylı qətnaməsi əsasında xx.xx.2009-cu il tarixdə doğulmuş X2, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün təyin edilmiş aliment üzrə yığılmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi, lakin qeyd etdi ki, o, 2018-ci ildən iddiaçıya məxsus olan evdən çıxıb getmiş, elə həmin vaxtdan da uşaqlar atalarının yanında qalmışdır. Məmmədov Rəsul uşaqların onun yanında qalmasına maneçilik törətmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi X13 bildirdi ki, onlarda olan məlumata əsasən uşaqlar atası X12 ilə birlikdə yaşayırlar. Məsələnin məhkəmə tərəfindən qanuna müvafiq həllinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)–784/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh X12 arasında 31 oktyabr 2006-cı il tarixdə Samux rayon Zazalı kənd İƏD üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikahın pozulması, cavabdeh X7 qazancından və gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat alimentin tutularaq, xx.xx.2009-cu il tarixdə doğulmuş X2, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2014cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Samux rayon İcra Hakimiyyəti Başçısının Zazalı, Tatlı və Qiyaslı kəndləri üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X8, xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il tarixdə doğulmuş X11 2017-ci il tarixdən etibarən hal-hazırki vaxtadək ataları X12 ilə birlikdə yaşayırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)–784/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2009-cu il tarixdə doğulmuş X2, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 tutulmalı olan hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment təyin edilmiş, lakin nikah pozulduqdan sonra uşaqlar ataları X7 yanında qalmışdır. Uşaqların həmin vaxtdan atalarının yanında qalması həm iş materialları, həm də cabadehin etirafı ilə tam təsdiqini tapmışdır. Alimentin tutulmasının mahiyyəti həmin vəsaitin uşaqların saxlanılmasına sərf edilməli olması nöqteyi nəzərdən məhkəmə o qənaətə gəlir ki, alimentin tutulmalı olduğu vaxtdan uşaqlar atalarının yanında qaldığından və hazırki vaxtadək onları ataları saxladığından qətnamə ilə müəyyən edilmiş və hazırki vaxtadək yığılmış aliment borcu silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1–ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X12 xx.xx.2009-cu il tarixdə doğulmuş X2, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)–784/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş və xx.xx.2023-cü il tarixədək hesablanmış aliment borcunu ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-177/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-177/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver