Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-181/2023 10.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaları» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyaları» tələbinə dair iddia əriəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, cavabdehə təqdim etmək üçün sənədlərin surətləri əlavə edilməmiş, iddia tələbi tam şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmədə iddiaya irəli sürülmüş tələb həddində baxılmalı olduğundan və hazırkı iddia ərizəsində iddia tələbi dəqiq göstərilmədiyindən, iddia tələbinin məhkəmə tərəfindən müəyyən olunması qanunvericiliklə yol verilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi istisna olunur. Beləliklə iddia tələbi dəqiq göstərilməməklə iddia ərizəsinin forma və məzmununa əməl edilmədiyinə görə iddia ərizəsinin icraat qəbul edilərək baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyaları» tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qərarqaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-181/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-181/2023
10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver