Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-203/2024 06.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 onun yanında saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı qumuş və onların birgəh nikahdan xx.xx.2012-ci il tarixdə X6 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra onlar ailə münasibətləri normal olsada sonrada münasibətləri pozulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-1363/2012 saylı, xx.xx.2012-ci il tarixli gətnaməsi ilə, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 yetginlik yaşına çatana kimi anası Cavabdeh himayəsinə verilmiş və 50 manat məbləğində alimentin cavabdehə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin anası X2 onun yaşadığı ünvan 1 ünvana gətirmiş və orada qoyaraq getmişdir. Hal-hazırda oğlu Ayxan bir ildir ki, onun himayəsində yaşayır və onun bütün ehtiyacları onun tərəfindən ödənilir. Eyni zamanda oğlu Ayxan onun yanında qalmaq istəyir. Bakı şəhəri, Sabunçu ray, Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.1 1.2023-cü il tarixli 5-8-2/2-368523 saylı arayışa əsasən oğlu Ayxan onunla ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razı deyil. Tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatı nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİ № 860218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 anası X1, atası X5r. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, bütün məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və tələbin rədd edilməsini xahiş etmişdir. Samux Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, xx.xx.2012-il tarixdə doğulmuş X3 anası Cavabdeh ilə birlikdə yaşamağı məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının «Uşaq Hüquqları» haqqında Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi: “Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altındavə hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır” Məhkəmə hesab edir ki, xx.xx.2012-il tarixdə doğulmuş X3 anasından ayrılması və iddiaçının irəli sürdüyü iddianın təmin edilməsinə üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Uşağın anasının yanında qalmasının onun mənafeyinə daha çox uyğun olması halı Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi ilə bir daha təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-203/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-203/2024
06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver