Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-22/2025 07.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “uşaqların atanın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 onun yanında saxlanılması və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə X7 doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-85/21 saylı qətanməsinə əsasən cavabdehlə olan nikahları pozulmuş və uşaqlar anasının himayəsinə verilmişdir. Lakin bir müdətdən sonra cavabdeh uşaqları ona verib çıxıb getmişdir. Hal-hazırda uşaqlara özü baxır və onların saxlanılması üçün maddi çətinlik çəkir. Ona görə də uşaqların onun yanında saxlanılması və aliment tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Uşaqların atasının yanında yaşamaqlarına razı deyil. Belə ki, uşaqlar nikah pozularkən məhkəmənin müvafiq qətnaməsinə əsasən onun yanında saxlanıb. Daha sonra iddiaçı zorla uşaqları onun əlindən alıb və uşaqlar uzun müddətdir ki, ataları ilə yaşayır. Lakin o, uşaqlarınən onun yanında yaşamasını istəyir və tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, işin faktiki hallarını və müvafiq rəyləri, həmçinin uşaqların fikirlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: AZ-T №182084 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 atası İddiaçı, anası Cavabdeh qızdır. AZ-T №182085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 atası İddiaçı, anası Cavabdeh qızdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-85/21 saylı qətanməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2015-ci il tarixdə nikah pozulmuş və onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017ci il tarixdə doğulmuş X3 ataları İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment (cəmi 220 manat) tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)48/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X7 ataları İddiaçı himayəsinə verilməsi və Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müraciət etdiyi vaxtdan, yeni xx.xx.2022-ci il tarixdən İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1804/2023 saylı qərardadının surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-48/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş aidyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəmnəsinə göndərilmişdir. Samux Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 ataları İddiaçı yanında yaşaması məqsədə müvafiq hesab edilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin 26 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Goranboy Rayon Qaradağlı kəndində qeydiyyatdadır və uşaqları X8 və X7 hal-hazırda onunla birlikdə yaşayırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik uşaqlar - X5 və X3 emosional-iradi sferasına və anaları Cavabdeh qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. xx.xx.2014-cü il təvəllüdlü X8 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst ifadə etmək qabiliyyətinə malikdir. xx.xx.2017-ci il təvəllüdlü X7 əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst ifadə etmək qabiliyyətinə malik deyildir. Uşaqlar - X5 və X3 psixikasında və davranışında hər hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olnumur. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin nikahlarından doğulmuş uşaqlar uzun müddətdir ki, ataları İddiaçı yanında yaşayırlar və iddiaçı, yəni İddiaçı uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair məhkəmədə iddia qaldıranadək cavabdeh uşaqların iddiaçıdan alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmamış və dolayısıyla hazırki vaxtadək keçən müddət ərzində uşaqların ataları ilə birlikdə yaşamasına razı olmuşdur. Məhkəmə tərəfindən müvafiq Qəyyumluq və Himayəçilik Orqanının rəyi alınmış, həmin rəydə uşaqların ataları ilə birlikdə yaşamasının məqsədə müvafiq olduğu qənaətinə gəlinmişdir. Həmçinin işə baxılarkən uşaqlar məhkəmə iclasında pedeqoqun iştirakı dindirilərək hansı valideynin yanında qalmaq istəmələri barədə fikirləri öyrənilmiş, uşaqlar hər ikisi ataları ilə birlikdə yaşamaq istədiklərini bildirmişlər. Lakin məhkəmə, uşaqların iradə ifadəsinə kənar təsirlərin olub-olmamasının müəyyən edilməsi, həmçinin onların psixoloji-emosional vəziyyətinə görə, düzgün psixi inkişafı və tərbiyəsi üçün hansı valideynin yanında qalmasının daha məqsədə müvafiq olmasının aydınlaşdırılması üçün məhkəmə-psixoloji ekspertizası təyin etmiş və müvafiq ekspert rəyi alınmışdır. Həmin rəyə əsasən uşaqların psixikasında və davranışında hər hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmamışdır. Bu da onu deməyə əsas verir ki, ataları ilə yaşamaq istəyi uşaqların öz sərbəst iradə ifadəsidir. Məhkəmə işin faktiki hallarını, məhkəmə araşdırması zamanı əldə olunmuş rəyləri və uşaqların fikirlərini nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X3 faktiki vəziyyətə uyğun olaraq iddiaçının (atasının) yanında saxlanılmalı və cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-1-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2024-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyi daşıyır. Bu baxımdan iddiaçının uşaqların gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçının xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,43 misli həddində sabit pul məbləğində (345x0,43=148,35) aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X7 İddiaçı yanında saxlanılsın. xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-22/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-22/2025
07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver