Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-234/2025 21.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “uşaq” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “uşaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2020-ci ildə anadan olmuş qızı X5 onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 aprel 2019-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 17 may 2020-ci ildə X8 və 21 iyun 2021-ci ildə X10 adlı iki uşağı anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulduğundan 2020-ci ilin dekabr ayından ayrılmışlar. X2 hazırda onun himayəsində, X10 isə cavabdehin yanındadır. Cavabdeh onun evində yaşadığı zaman özünün tamamilə lüt videolarını çəkib müxtəlif kişi cinsindən olan şəxslərə göndərmiş, bir ana kimi körpə südəmər uşağını və bir qadın kimi ləyaqətini düşünməmiş, eyni zamanda onun namusunu ləkələmişdir. Cavabdehin əxlaqsız hərəkətlərinə görə də ailəsi dağılmış, aralarında olan nikah akt qeydi Ağcabədi Rayon Məhkəməsinin 2(017)-371/2021 nömrəli 02 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və qızı X8 onun himayəsində, qızı X10 isə cavabdehin yanında saxlanılmışdır. Məhkəmədə işə baxılan zaman Ağcabədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq, Himayəçilik və Övladlığa götürmə Komissiyasının rəyi alınmışdır. Həmin Komissiyanın 12 aprel 2021-ci il tarixli rəyi ilə xx.xx.2024-cü il təvəllüdlü uşaq X5 onun himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Nikahın pozulması barədə məhkəmədə mülki işə baxılan zaman o, cavabdehin əxlaqa zidd olan bütün video-görüntülərini mülki işə əlavə etmiş və hazırkı iddia tələbinə də əlavə etmişdir. Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 2(017)-371/2021 nömrəli 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3408/2021 saylı nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə azyaşlı qızı X5 ondan alınaraq Cavabdeh İsa qızına verilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2696/2022 nömrəli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3408/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3408/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi 3 ildən artıq müddətdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olsa da, azyaşlı qızı Melİddiaçı ondan ayrılmaması və Cavabdeh ilə getməməsi səbəbindən həmin işin icrası mümkün olmamışdır. Həmin icra sənədi üzrə o, borclu tərəf olaraq daima İcra və Probasiya şöbəsinin icra məmurlarının tələb və çağırışlarına tabe olmaqla, heç bir etiraz etməyərək vaxt-vaxtında gəlsə də, onun tərəfindən icra hərəkətlərinə heç bir maneə yaradılmasa da uşaq özü anası ilə getməmiş, uşağın mənafeyi, anasını istəməməsi və daima qışqırıb ağlaması səbəbindən işin icrası mümkün olmamışdır. Üç il ərzində qətnamənin icrası ilə əlaqədar çoxsaylı icra hərəkətləri həyata keçirilmiş, dəfələrlə qızı X5 psixoloqların iştirakı ilə tələbkar Cavabdeh verilməsi məsələsinin həll edilməsi üçün müvafiq hərəkətlər və terapiyalar həyata keçirilməsinə baxmayaraq, uşağın anasına verilməsi mümkün olmamışdır. İcra prosesi həmişə tam şəffaf şəraitdə keçirilmiş, Cavabdeh uşağın anası ilə getmədiyini və uşağın anaya zorla verilməsinin imkansız olmasına özü şahid olmuş, uşağın anasını qəbul etmədiyini, atasından ayrıldığı halda kəskin reaksiya verməsini və ağlamasını görmüşdür. İcra prosesi zamanı verilmiş psixoloq rəylərindən, tərtib edilmiş aktlardan, videoçəkilişlərdən də görünür ki, onun tərəfindən icra sənədinin icrasına heç bir maneçilik edilməmiş, uşaq özü anasına getməkdən imtina etmişdir. Azyaşlı uşağın bu qədər təziq və qorxu altında olması uşağın psixoloji vəziyyətinə çox ciddi zərbə vurur və psixoloji fəsad vurur, hər dəfə icra hərəkətlərinin həyata keçirilməsi zamanı uşaq qorxur, qışqırır, ağlayır və atadan ayrılmaq istəmədiyini, bu işlərdən yorulduğunu və onu dinc buraxmalarını istəyir. Bu barədə icra məmurları tərəfindən kifayət qədər çəkilmiş videoçəkilişlər və tərtib edilmiş aktlar mövcuddur. 30 aprel 2024-cü il tarixdə icra hərəkəti psixoloqlar və İH-nin Qəyyumluq və Komissiyasının işçisinin və İcra Hakimiyyətinin böyük məsləhətçisinin iştirakı ilə keçirilmiş və həmin zaman uşağın ondan ayrılmadığı, ağlaması və qucağından düşmədiyinin şahidi olmuşlar, tərtib edilmiş aktı da imzalamışlar və bu barədə də çəkiliş həyata keçirilmişdir. Son iki dəfə, yəni xx.xx.2024-cü il, xx.xx.2024-cü il və 15 iyul 2024-cü ildə keçirilmiş icra hərəkətləri zamanı azyaşlı Melisa qəti şəkildə ondan ayrılmamış, ondan alınıb anasına veriləcəyini, ayrılacağını hiss edərək şiddətlə qışqırıb ağlamağa başlamış və icra sənədinin icra edilməsi heç bir şəkildə imkansız olmuşdur. Hətta uşaq yerə qoyularkən özünü döşəməyə çırparaq anasına getməmişdir. Uşaq Cavabdeh qarşı heç bir istək və sevgi göstərmir, cavabdehi öz anası kimi qəbul etmir. Melisa azyaşlı olsa da, özü onunla qalmaq istədiyini həyata keçirilmiş bütün icra hərəkətləri zamanı bildirmişdir. Qızının cavabdehə verilməsi üçün həyata keçirilən tədbirlər nəticəsiz qalmış, əksinə uşağın anasına verilməsinə dair edilmiş bütün hərəkətlər qızının normal böyüməsi, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququnun pozulmasına səbəb olmuşdur. Həmin hərəkətlər onun ləyaqətinə hörmət edilməməsi vəziyyəti yaratmışdır. Cavabdeh əxlaqsız hərəkətləri onun tərəfindən aşkar edildikdən sonra aralarında baş vermiş münaqişə ilə əlaqədar Ağcabədi Rayon Polis şöbəsi tərəfindən izahatları alınmış və Röyalə özü könüllü olaraq qızı Melisanın onun himayəsində qalmasına razı olduğunu bildirmiş və uşaqdan özü könüllü olaraq imtina etmişdir. Sonrdan Röyalə valideynlərinin öyrətməsi ilə qızı Melisanın ondan alınıb anasına verilməsini tələb etmişdir. Ona görə də, qızı Melisanın ona bağlılığı, uşağın anasını qəbul etməməsi halı müstəsna hal kimi nəzərə alınmalı və qızının onun himayəsinə verilməsinin uşağın mənafeyinə uyğun olması nəzərə alınaraq iddia tələbi təmin edilməlidir. O, qızı Melisanın onun himayəsinə verilməsi ilə bağlı aralarında olan mübahisənin könüllü şəkildə həll edilməsi üçün mediasiya prosesi keçirilməsi üçün müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş, bu səbəbdən də, mediasiya prosesi baş tutmamış, mediator tərəfindən arayış verilmişdir. Qızı Melisanın və digər övladı X7 cavabdehin yanında qalması uşaqların mənafeyinə tamamilə ziddir. Belə ki, cavabdehin nə əxlaqı, nə uşaqlarla davranışı uşaqların ananın yanında saxlanması üçün uyğun deyildir. Qızı Melisa onun yanında tam qayğı ilə əhatə olunur, o, Melisanın həm maddi həm də, mənəvi tələbatlarını daha yüksək səviyyədə ödəmək imkanındadır. Melisa artıq 5 yaşınin içindədir, hazırki vaxta kimi o, bir ata kimi Melisanın qayğısını çəkmiş və aralarında güclü bağ yaranmışdır. O, Melisanın xoşbəxt uşaq kimi böyüməsi üçün əlindən gələni etmişdir və edəcəkdir. Melisa özünü onun yanında xoşbəxt hiss edir. Uşaqlara münasibətdə valideynlərin bərabər hüquqlu olmaları və hazırkı vəziyyətdə qızı Melisanın onun yanında saxlanmasının Melisanın mənafeyinə uyğun olması nəzərə alınmaqla məsələ öz həllini tapmalıdır. O, bir ata kimi qızı X1 qorunması, normal böyüməsinin təmin edilməsi üçün qıznın onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını istəyir. Çünki, uşaq anası ilə getmək istəmədiyi halda icra bərəkətlərinin həyata keçirilməsi övladına ciddi zərbə vurur, qızının normal böyüməsinə və sağlamlığına zərər vurur. İcra hərəkətləri həyata keçirildikdən bir müddət ərzində uşaq yuxuda qorxur, gecə səhərə kimi ağlayır və yuxu rejimi pozulur. Uşağın mənafeyi nəzərə alınmaqla uşağın onun himayəsində saxlanması təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşaq doğulduğu vaxtdan onun yanındadır, uşaq 5-6 aylıq olan zaman o, iddiaçı ilə ayrılmış, lakin uşaq onun yanında qalmışdır. Son 3 aya qədər böyük qızı Melisa onun yanında olmuş, qətnamədə uşağın anaya verilməsi qeyd olunsa da, uşaq ona bağlı olduğu üçün onu istəmiş, anasını istəməmişdir. İkinci uşağı o, boşanan vaxt ana bətnində olmuş, o, həmin uşağı çox görməmişdir, yalnız proseslərdə görmüşdür. İcra mərhələsi zamanı uşağı ondan alıb anaya vermişlər, təxminən 3 aydır ki, uşaq anasının yanındadır. O, cavabdeh əxlaqsız hərəkətlər etdiyi üçün cavabdehdən boşanmışdır. Cavabdehin telefonunda müxtəlif yazışmalar, videolar görmüşdür. Uşaqlarının cavabdehin yanında böyüməsini istəmir. Uşağa onun anası baxmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Ağcabədi “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Ağcabədi regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Ağcabədi regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(017)-371/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahınn pozulması və uşaqların onun himayəsində saxlanılması” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 12 aprel 2019-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 may 2020-ci il tarixdə doğulmuş X5 atası İddiaçı və 21 iyun 2021-ci il tarixdə doğulmuş X7 isə anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-3408/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabadi Rayon Məhkəməsinin 2(017)-371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 atası İddiaçı yanında saxlanılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 anası Cavabdeh yanında saxlanılması və xx.xx.2020-ci il tarixdə doğulmuş X5 atası İddiaçı alınıb anası Cavabdeh verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2696/2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-3408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mübahisəyə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-3408/2021 nömrəli qanuni qüvvədə olan qətnaməsi vardır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-3408/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 atası İddiaçı yanında saxlanılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 anası Cavabdeh yanında saxlanılması və xx.xx.2020-ci il tarixdə doğulmuş X5 atası İddiaçı alınıb anası Cavabdeh verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 7.8.-ci bəndi üzrə məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı “uşaq” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-234/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-234/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver