Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-239/2024 12.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkil) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 200 manat, cəmi 400 manat manat pulun alınaraq, ona ödənilməsinə və alimentin alınmasının 3 (üç) il əvvəldən, yəni cavabdehin uşaqları atıb getdiyi 2021-ci ilin fevral ayının 1-dən başlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı iki uşaqları olmuşdur. xx.xx.2021-ci il tarixdən cavabdehlə olan bütün münasibətləri pozulmuş, cavabdeh xx.xx.2021-ci il tarixdən evdən getmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsindədir. Samux Rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, aralarında olan nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü ildə anadan olmuş X11 onun yanında və himayəsində saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək uşaqların iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra uşaqlar anasına getmədiyinə görə cavabdeh onları apara bilməmiş, nəticədə cavabdeh ərizə verərək icra işinə xitam verilməsini xahiş etmişdir. İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata xitam verilmiş, icra sənədi məhkəməyə qaytarılmışdır. Artıq 3 (üç) ildir ki, uşaqlara o, tək baxır, heç bir yerdə işləmir, ona görə də, cavabdeh uşaqlarına yardım etməlidir. Hər iki uşaq məktəblidir, məktəb ləvazimatı, geyim və normal qidalanma xərcləri üçün hər ay minimum 700-800 manat pula ehtiyac vardır. O, günəmuzd işləməklə hər günə 15-20 manat pulu ancaq qazanır. Evin kommunal və digər xərclərini ödəyəndən sonra uşaqların normal təminatını ödəyə bilmir. Ona görə də, uşaqların yetkinlik yaşına çatanadək normal saxlanmaları üçün cavabdeh uşaqlarına maddi yardım etməyə borcludur. Bunun üçün cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqlar hazırda onun himayəsindədir. Maddi vəziyyəti ağırdır, uşaqların tələbatını ödəyə bilmir. Alimentin ondan tələb olunduğu kimi, o, da cavabdehdən aliment tələb edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) X12 bildirdi ki, iddia tələbi əsassızdır. Gəncə Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan qətnamələri ilə uşaqlar anada qalmalı və iddiaçı aliment ödəməlidir. İddiaçının dedikləri uşağın maddi təminatının yaxşılaşdırılması və ya mənafeyi üçün deyil, əksinə qisas motivlidir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X8 doğulmuşdur. İşdə olan Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X11 doğulmuşdur. İşdə olan Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 noyabr 2010-cu il tarixdə Samux rayon Əhmədbəyli kənd icra nümayəndəliyində 06 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, iddia tələbinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayıti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)- 28/2022 nömrəli qətnaməsi xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması və iddia tələbinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh iddiasının uşaq tələbinə dair hissədə tam, aliment tələbinə dair hissədə qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq, Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5845-2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə - uşaqların iddiaçının himayəsinə verilməsi və aliment tələbinin təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Samux rayon İcra Hakimiyyətinin Başçısının X10 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindəbn verilmiş arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı hal-hazırda Samux rayonu, Əhmədbəyli kəndində yaşayır və ailə tərkibi – oğlu X2, oğlu X4 və anası X5 ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 1-ci maddəsində göstərilir ki, Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsində göstərilir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məvəllənin 80.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 Kamil Nağı oğlunun yanında və himayəsində saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq, Cavabdeh verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5845-2022 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə - uşaqların iddiaçının himayəsinə verilməsi və aliment tələbinin təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Uşaqların hazırkı vaxta qədər atalarının yanında və ananın uşaqlardan ayrı qalması ilə bağlı araşdırma apararkən müəyyən edildi ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X11 anaları Cavabdeh iradəsindən asılı olmayaraq, analarına qaytarılmamışdır. Məhkəmə hesab edir ki, uşaqların Cavabdeh yanında saxlanılması və alimentin onun xeyrinə tutulmasına dair qüvvədə olan qətnamə mövcud olduğundan və iddiaçı uşaqların onun yanında qalması barədə iddia tələbi ilə deyil yalnız aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-239/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-239/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver