Məhkəmə qərarları › İş №2(058)-24/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-24/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-24/2023 16.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı Tofiq qızının Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Tofiq qızının Cavabdeh qarşı “cehiz, qızıl-zinət, iribuynuzlu və xirdabuynuzlu heyvan” tələbinə dair mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tofiq qızı Cavabdeh qarşı “cehiz, qızıl-zinət, iribuynuzlu və xirdabuynuzlu heyvan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd qorka – 500 manat, 1 ədəd güzgü triliyaj - 250 manat, 6 nəfərlik stol-stul - 600 manat, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo - 400 manat, pərdə - 250 manat, xalça-150 manat, qoşa yataq çarpayısı və 2 örtük - 450 manat, 1 ədəd şifoner - 450 manat, 2 ədəd tumbucka - 180 manat, 1 ədəd güzgü - 20 manat, 2 nəfərlik döşək-yorğan - 200 manat, 4 dəst yorğan-döşək - 700 manat, 6 ədəd yastıq - 180 manat, 6 ədəd döşəkcə - 40 manat, 1 ədəd xalça ( yataq otağı üçün) - 80 manat, 2 ədəd tək nəfərlik yataq çarpayısı - 200 manat, 2 ədəd pərdə, odeyal - 350 manat, çörək bişirən soba - 50 manat, paltar yuyan maşın - 750 manat, tozsoran - 100 manat, 2 ədəd şirəli vedrə - 20 manat, şirəli qazan dəsti - 40 manat, qazan dəsti (aliminum) - 50 manat, qazan-dəsti samovar - 150 manat, ət çəkən maşın (Evroluks) - 100 manat, 24 ədəd çay stəkanı - 25 manat, süfrə dəsti - 25 manat dəyərində cehiz əşyalarını və onlar olmadıqda 6310 (altı min üç yüz on) manat pul məbləğində dəyərlərini, cehiz əşyalarına əlavə olaraq 1 baş inək balası ilə birlikdə qiyməti - 1000 manat, 2 baş dana (hər birinin qiyməti 300 manat) 600 manat, 1 baş düyə qiyməti - 150 manat olmaqla, iri buynuzlu heyvanları və ya onlar olmadıqda 1750 manat pul məbləğində dəyərlərini, 20 (iyirmi) baş ana qoyun hər birinin qiyməti - 100 manat olmaqla, xırda-buynuzlu heyvanları və ya onlar olmadıqda 2000 (iki min) manat pul məbləğində dəyərlərini və 583 əyyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot birlliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü- 350 (üç yüz əlli) manat, 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan bir cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst - 600 (altı yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan “tros” sep - 750 (yeddi yüz əlli) manat və 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzəri sirkon qaşlı üzük - 240 (iki yüz qırx) manat dəyərində qızıl-zinnət əşyalarını və ya onlar olmadıqda 1940 manat pul məbləğində dəyərlərini və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 noyabr 2010-cu il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, nikahlarını isə 16 fevral 2012-ci il tarixdə rəsimləşdirmişlər. Onların birgər nikahlarından 13 fevral 2012-ci il tarixdə X8 və 18 dekabr 2013-cü il tarixdə X9 (xx.xx.2021-ci il tarixdə doğum haqqında şəhadətnamə alınarkən Ləman adı dəyişdirilərək Lalə adı verilmiş) 2 uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə 09 noyabr 2016-cı il tarixədək bir ailədə yaşamışlar. Cavabdeh ona ailəsi kimi hörmət qoymamış, onu döyüb, söyüb təhqir etmişdir. 09 noyabr 2016-cı il tarixdə Cavabdeh onu döyüb, söyüb təhqir etdiyi üçün atası onu özü ilə aparmışdır. O, ata evinə gedərkən uşaqlardan 18 dekabr 2013-cü il tarixdə anadan olmuş X4 özü ilə aparmışdı. O, yenidən ər evinə qaydacağını düşünüb, 13 fevral 2012-ci il tarixdə anadan olmuş X6 atası olan Cavabdeh yanında qoymuş, lakin bu baş tutmamış və barışmamışlar. O, Cavabdeh ilə 09 noyabr 2016-cı il tarixədək bir ailədə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Cavabdeh ona ailəsi kimi hörmət qoymamış, onu döyüb, söyüb təhqir etmişdir. 09 noyabr 2016-cı il tarixdə Cavabdeh onu döyüb, söyüb təhqir etdiyi üçün atası gəlib onu özü ilə aparmış və həmin vaxtdan valideyinlərinin ona verdiyi cehiz əşyaları, nişan toy ərəfəsində hədiyyə verilən qızıl-zinət əşyaları və ona atası tərəfindən verilən 5 baş iri-buynuzlu, 20 baş xırda-buynuzlu (qoyun) heyvanlar cavabdeh də, qalmışdır. İddiaçı Namazova (Qarayeva) Elnarə Tofiq qızı cavabdehdən cehiz əşyalarını, ona nişan toy ərəfəsində hədiyyə verilən qızıl-zinət əşyalarını və atası tərəfindən verilən 5 baş iri-buynuzlu, 20 baş xırda-buynuzlu (qoyun) heyvanları tələb etsə də onlar bundan imtina etmişlər. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmiş. Belə ki, cavabdehdən tələb etdiyi cehiz əşyaları 1 ədəd qorka - 500 manat, 1 ədəd güzgü triliyaj - 250 manat, 6 nəfərlik stol-stul - 600 manat, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo - 400 manat, pərdə - 250 manat, xalça-150 manat, qoşa yataq çarpayısı və 2 örtük - 450 manat, 1 ədəd şifoner - 450 manat, 2 ədəd tumbucka - 180 manat, 1 ədəd güzgü - 20 manat, 2 nəfərlik döşək-yorğan - 200 manat, 4 dəst yorğan-döşək - 700 manat, 6 ədəd yastıq - 180 manat, 6 ədəd döşəkcə - 40 manat, 1 ədəd xalça (yataq otağı üçün) - 80 manat, 2 ədəd tək nəfərlik yataq çarpayısı - 200 manat, 2 ədəd pərdə, odeyal - 350 manat, çörək bişirən soba - 50 manat, paltar yuyan maşın - 750 manat, tozsoran - 100 manat, 2 ədəd şirəli vedrə - 20 manat, şirəli qazan dəsti - 40 manat, qazan dəsti (aliminyum) - 50 manat, qazan-dəsti samovar - 150 manat, ət çəkən maşın (Evroluks) - 100 manat, 24 ədəd çay stəkanı - 25 manat, süfrə dəsti - 25 manat, cəmi 6310 manat, 1 baş inək balası ilə birlikdə qiyməti - 1000 manat, 2 baş dana (hər birinin qiyməti 300 manat) 600 manat, 1 baş düyə qiyməti - 150 manat olmaqla, cəmi 1750 manat dəyərində iri buynuzlu heyvanları və 20 (iyirmi) baş ana qoyun hər birinin qiyməti - 100 (bir yüz) manat olmaqla 2000 (iki min) manat dəyərində xırda-buynuzlu heyvanları vermişdir. İri buynuzlu və xırda buynuzlu, heyvanların cəmi 3750 manat dəyərində olmuşdur. Qızıl əşyaları 583 əyyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot birlliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü- 350 (üç yüz əlli) manat, 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan bir cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst - 600 (altı yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan “tros” sep - 750 (yeddi yüz əlli) manat və 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzəri sirkon qaşlı üzük - 240 ( iki yüz qırx) manat, cəmi 1940 manat. Onu da qeyd etmək istəyir ki, cavabdehdən yuxarıda qeyd etdiyi, cehiz əşyaları və cehiz əşyalarınan əlavə valideyinləri tərəfindən verilmiş 5 baş iri buynuzlu, 20 baş xırda buynuzlu heyvanlar və qızıl əşyalarını tələb etsədə onlar bundan imtina etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Tofiq qızı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, və əlavə olaraq bildirdi ki, “tros” sep - 750 (yeddi yüz əlli) manat olan əşyanı səhv göstərmiş, iddianın qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X2 iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahları 16 fevral 2012-ci il tarixdə 16 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahları xx.xx.2020-ci il tarixdə 50 nömrəli akt qeydi ilə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarxidə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahlarından xx.xx.2012-ci il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahlarından xx.xx.2013-cü il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı, yeri barədə məlumat verilmiş və iştirak etməmişdir. İddiaçı Tofiq qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası tərəfindən verilmiş 9/985 nömrəli ekspert rəyindən görünür ki, 583 əyarlı qızıldan hazırlanmış, üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat, qızıl-zinət əşyalarının nəzəri qaydada hazır ki, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1520,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Tofiq qızı ilə Cavabdeh rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, iddiaçı toy günü cavabdehə məxsus olan evə gəlin köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır. Toy vaxtı iddiaçıya iddia ərizəsində qeyd edilən valideyinlərinin ona verdiyi cehiz əşyaları, nişan toy ərəfəsində hədiyyə verilən qızılzinət əşyaları verilmişdir. Sonradan aralarında olan ailə münasibətləri pozulduğundan iddiaçı cavabdehlərin evindən çıxmış və nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı evdən çıxarkən ona məxsus cehiz və qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu fakt əvvəlki məhkəmə iclasında hər iki tərəfin izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddianın cehiz əşyaları tələbinə dair hissəsində qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya məxsus cehiz əşyalarının onların yaşadıqları evdə olduğunu bildirməklə iddianı həmin hissədə etiraf etdiyindən iddia həmin hissədə təmin olunmalıdır. Cehiz əşyalarının dəyəri və “iribuynuzlu və xirdabuynuzlu heyvan” hissəsində isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cehiz əşyalarının hazırki dəyəri və “iribuynuzlu və xirdabuynuzlu heyvan” tələbinə dair hissəsi barədə məhkəməyə sübut təqdim edilmədiyindən, iddia tələbinin həmin hissələrdə təmin olunması istisnadır. İddiaçı özünə məxsus olan cehiz və qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamış, bununla da iddiaçıya hədiyyə verilmiş qızıllar üzərində əldə etdiyi mülkiyyətdən onu məhrum etmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyi ilə qızıl-zinət əşyalarının hazırkı dövrdə orta bazar qiymətləri 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük -320 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1 ədəd qorka – 500 manat, 1 ədəd güzgü triliyaj, 6 nəfərlik stol-stul, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo, pərdə, xalça, qoşa yataq çarpayısı və 2 örtük, 1 ədəd şifoner, 2 ədəd tumbucka, 1 ədəd güzgü, 2 nəfərlik döşək-yorğan, 4 dəst yorğan-döşək, 6 ədəd yastıq - 6 ədəd döşəkcə, 1 ədəd xalça ( yataq otağı üçün), 2 ədəd tək nəfərlik yataq çarpayısı, 2 ədəd pərdə odeyal, 1 ədəd çörək bişirən soba, 1 ədəd paltar yuyan maşın, 1 ədəd tozsoran, 2 ədəd şirəli vedrə, şirəli qazan dəsti, qazan dəsti (aliminyum), qazan-dəsti samovar, 1 ədəd ət çəkən maşın (Evroluks), 24 ədəd çay stəkanı, süfrə dəsti, 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük -320 manat, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla cəmi 80 manat pul Cavabdeh alınaraq, iddiaçı X5 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd qorka – 500 manat, 1 ədəd güzgü triliyaj, 6 nəfərlik stol-stul, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo, pərdə, xalça, qoşa yataq çarpayısı və 2 örtük, 1 ədəd şifoner, 2 ədəd tumbucka, 1 ədəd güzgü, 2 nəfərlik döşək-yorğan, 4 dəst yorğan-döşək, 6 ədəd yastıq - 6 ədəd döşəkcə, 1 ədəd xalça ( yataq otağı üçün), 2 ədəd tək nəfərlik yataq çarpayısı, 2 ədəd pərdə odeyal, 1 ədəd çörək bişirən soba, 1 ədəd paltar yuyan maşın, 1 ədəd tozsoran, 2 ədəd şirəli vedrə, şirəli qazan dəsti, qazan dəsti (aliminyum), qazan-dəsti samovar, 1 ədəd ət çəkən maşın (Evroluks), 24 ədəd çay stəkanı, süfrə dəsti, 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 80 manat pul Cavabdeh alınaraq, iddiaçı X5 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar