Məhkəmə qərarları › İş №2(058)-252/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-252/2023

14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-252/2023 14.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 Cavabdeh ilə 2014-cü ildə faktiki nikaha girərək el adəti ilə ailə qurmuşdur. Onların evliliyindən xx.xx.2015-ci il tarixdə X9 doğulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2(058)525/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə hər ay cavabdehdən 130 manat aliment tutularaq mərhum X1na verilməsi qət edilmişdir. X1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qızı öləndən sonra uşağın atası uşaqla maraqlanmamış, onun saxlanması üçün heç bir köməklik göstərməmiş, alimenti ödəməyi dayandırmışdır. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 68 nömrəli sərəncamı ilə atası sahib durmadığı üçün X9 onun qəyyumluğuna verilmişdir. O, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmasına zərurət yaranıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X11 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası X12, anası X6r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 68 nömrəli sərəncamının surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 baxımsız qalmaması üçün nənəsi Samux rayon Sərkar kənd sakini xx.xx.1952-ci il təvəllüdlü İddiaçı qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı məhkəməyə cavabdehin gəlirləri barədə sübutlar təqdim etmədiyindən, məhkəmə alimentin tutulması üçün mümkün meyar kimi ölkə üzrə yaşayış minimumunu əsas götürür. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat miqdarında aliment tutulub, iddiaçı X3 ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının alimentin xx.xx.2022-ci il tarixdən etibarən heasblanması tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan iddiaçının alimentin daha əvvəlki tarixdən tutulmasına dair tələbi həmin hissədə təmin oluna bilməz və aliment onun məhkəməyə müraciət etdiyi vaxtdan tutulmaldır. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddianın qiyməti ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 1000 manatdan artıq olduğundan iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,40 (qırx manat qırx qəpik) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. Alimentin tutulmasının başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar