Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-287/2024 01.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-1390/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 onun yanında saxlanılmaları, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində işləyir, əmək haqqı yüksəkdir, təxmini 1000 (min) manatdan artıq əmək haqqı alır, sabit pul məbləğində tutulan aliment uşaqların ehtiyaclarını ödəmir, o, uşaqların saxlanılmasında maddi cəhətdən əziyyət çəkir. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi məqsədəmüvafiqdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək bildirmişdir ki, o, Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin dəyişdirilməsi tələbinə dair iddia qaldırmışdır. Hazırda iddia tələbini dəyişdirərək alimentin miqdarının artırılması qərarına gəlmişdir. Odur ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 150 manat alimentin miqdarının artırılaraq hər uşağa görə sabit pul məbləğində 235 manat, cəmi 470 manat alimentin cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı övladları X3 və X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmə tərəfindən təyin edilmiş 150 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, ailəsinin saxlanması üçün müxtəlif işlərdə işləyərək, əziyyət çəkmiş lakin ailənin maddi cəhətdən sixıntı çəkməsinə imkan verməmişdir. İddiaçı istəsə uşaqları ilə birlikdə ona məxsus evdə əvvəlki qaydada bir ailə kimi gəlib yaşaya bilər. O, iddiaçı ilə barışmaq və ailəsinin bərpa olunmasını istəyir, alimentin artırılması ilə razı deyil. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-1390/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh Müzadil oğlu ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Samux Rayon Qeydiyyat şöbəsində 40 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 anası İddiaçı yanında saxlanılması və xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 01 yanvar 2009-cu il tarixdə Samux şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 04 dekabr 2014-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)- 1390/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-1390/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-287/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-287/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver