Məhkəmə qərarları › İş №2(058)-303/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-303/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-303/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh X4 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 cavabdeh X4 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 220 manat məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Qarayeri qəsəbəsində yaşayır. Cavabdeh X8 onun qızıdır. Onun əmək qabiliyyəti yoxdur, yaşa görə 326 manat pensiya alır, başqa heç bir gəliri olmadığı üçün maddi cəhətdən çətinlik çəkir. Səhhətindəki narahatçılıqlarla əlaqədar müalicə olunmağa və dərmanlarını almağa maddi imkanı çatmır. X9 heç bir yardım göstərmir. Ona görə də cavabdehdən hər ay 220 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1999-cu il tarixdə doğlumuşdur, onun atası X5, anası X7r. İş materiallarında olan elektron çıxarışdan görünür ki, X5 373,84 manat təqaüd alır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X5 cavdehin atasıdır. İddiaçı yaşa görə aylıq 373,84 manat əmək pensiyası alır. Cavabdeh isə rəsmi olaraq heç bir yerdə işləmir, həmçinin cavabdeh X3 himayəsində azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Qanunun mənasına görə valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi daşıyan yetkinlik yaşına çatmış övlad əmək qabiliyyətli olmalı, valideyn isə maddi yardıma ehtiyacı olan şəxs olmalıdır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X5 yaşa görə aylıq 373,84 manat pensiya alır. Həmçinin iddiaçı məhkəməyə əmək qabiliyyətinin olmamasına dair mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. İşin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan şəxs hesab olunmadığından və qanunvericilikdə yetkinlik yaşına çatmış övladın məhkəmə qaydasında valideynini saxlamaq üçün əlavə xərclərin çəkilməsinə cəlb edilməsinə əsas kimi göstərilmiş halların mövcudluğu öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar