Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-307/2024 14.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) X4, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin tutulmasına, uşağın 3 (üç) yaşı tamam olana qədər uşağın saxlanılması üçün 50 manat pulun xx.xx.2024-cü il tarixdən hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin, cəmi 285 manat və uşağa qulluğa görə pulun tutulub, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X6 ilə xx.xx.2021-cü ildə faktiki nikaha girərək ailə həyatı qurmuş, birgə evliliklərindən xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdeh ilə aralarında dəfələrlə narazılıq olmuşdur. O, azyaşlı uşağı ilə birlikdə Samux rayonu, Ziyadlı kəndində valideyinlərinin himayəsində yaşayır. Birgə nikah dövründə doğulmuş övladına özü baxır və qayğısına qalır. O, uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, uşağın maddi tələbatını ödəyə bilmir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə cavabdehlə himayəsində olan uşağın saxlanılması üçün aliment tələbinə dair mediasiya təşkilatına rəsmi müraciət etmiş, mediasiya onun iştirakı ilə mediator tərəfindən keçirilmişdir. Cavabdeh mediasiya iclasında iştirak etməmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Ona görə də, alimentin onun mediasiya arayışı aldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması zəruridir. Belə olan təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onun heç bir yerdən gəliri yoxdur, uşağı normal böyütmək üçün alimentə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X8 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh fərdi əməklə məşğuldur, torpaq sahəsi vardır, maddi imkanı yaxşıdır. Uşaq körpədir, üç yaşına qədər anası uşağa qulluq etməlidir, bu səbəbdən də, iddiaçı heç bir yerdə işləmir. Cavabdeh uşağı ilə maraqlanmır, qayğısına qalmır, uşağın təlim-tərbiyəsində iştirak etmir, ata kimi öz vəzifəsini yerinə yetirmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil bildirdi ki, cavabdeh işləmir, lakin cavabdeh uşağın saxlanmasında kömək etməyə hazırdır. Cavabdeh aliment ödəməkdən yayınmır, hər ay 110 (yüz on) manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 may 2022-ci il tarixdə İddiaçı doğulmuş X5 atasıdır. İş materiallarında olan Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi Məşğulluq haqqında arayışın surətindən görünür ki, X6 işsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 50 manat əlavə xərcin onun xeyrinə tutulması hissəsinə qiymət verərək, hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən kömək göstərilməsinin tələb edilməsi və cavabdehin həmin köməyin göstərilməsindən imtina etməsini sübut edən faktları iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə cavabdeh X2 xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X2 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-307/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-307/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver