Məhkəmə qərarları › İş №2(058)-386/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-386/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-386/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı övladlarının onun himayəsində qalmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavahdeh Cavabdeh Nariman oğlu ilə xx.xx.2015-ci il tarixdə el adəti ilə toy edərək ailə qurmuş, lakin cavabdehin mütəmadi Rusiyada yaşaması və Rusiya vətəndaşı ilə ailə qurub vətəndaşlıq alacağı səbəbindən nikahları rəsmi qaydada qeydiyyata alınmamışdır. Cavabdehlə birgə ailə münasibətlərindən xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2019-cu il tarixdə X4 adlı iki övladı dünyaya gəlmişdir. Ailə münasibətlərində qarşı tərəfin Rusiyadan qayıtdıqdan sonra yaratdığı ciddi problemlər səbəbindən asılı olaraq və valideynlərinin ona qarşı göstərdiyi təzyiqlər səbəbindən, həmçinin ona atdıqları şərlər ucbatından onu hədələyərək evdən çıxarmışlar. Sonra o, cavabdehin evinə yenidən qayıtdıqdan sonra cavabdeh Rusiya Federasiyasına getmiş və anası ilə telefon danışığında dəqiq olaraq Rusiya vətəndaşı ilə ailə qurmuş və bir daha qayıtmayacağını bildirmişdir. Cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra da mütəmadi Rusiyada olan qadınla danışaraq ailələrində söz-söhbətlər yaratmışdır. O, ailəsinin xətrinə cavabdehin hər iki valideyninə hörmətlə yanaşmış, qulluqlarında durmuş, ailəsi üçün işləyib çalışaraq ev işlərini və həyətyanı təsərrüfatlarının bütün işlərini görərək ailəsini dolandırmışdır. Cavabdeh Rusiyada olduğu dövrdə ona bir ailəsi kimi heç bir maddi köməklik etməmiş, sadəcə özü üçün avtomobil almış və həmin avtomobilin kreditini ödəmişdir. Bu səbəbələrdən də, ailələrində söz-söhbətlər yaranmışdır. O, hazırda atasının evində yaşayır. Bütün cehiz əşyaları və özümə aid əşyalar cavabdehin evində qalmışdır. Hazırda hər iki uşağı onun yanında qalmaqdadır. Övladlarına təkbaşına baxır, heç bir yerdə işləmir, anasının himayəsindədir, anası da heç bir yerdə işləmir, atası isə 10 gündür ki, ölmüşdür. O, bir qadın kimi əziyyət çəkir. Uşaqları azyaşlı olsalar da, qızı hazırda 1-ci sinifdə oxuyur, övladının təhsil və ümumi xərclərini onunla birlikdə atası da çəkməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Samux rayonu, Hacıalılı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh ərazidə olmadığı üçün məhkəmə bildirişi atası X3 təqdim olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, uşaqların yaşı və mənafeyi nəzərə alınmaqla tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılmalı, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılsınlar. Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidməti üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 41,60 (qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar