Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-399/2023 10.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə xx.xx.2016-cı ildə el adəti ilə ailə qurub, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarındandan X9 adlı övladları doğulmuşdur. Nikahları Samux Rayon Məhkəməsinin 2(058)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaq onun yanında qalmışdır. Həmin qətnamə əsasında xx.xx.2016-cı il təvəllüdlü X6 əmək haqqının 1/4 aliment müəyyən edilmişdir. Cavabdeh həmin qaydada alimenti 2021-ci ilin sentyabr ayına qədər ödəmiş, həmin tarixdən sonra işdən çıxması səbəbi ilə heç bir aliment ödəməmişdir. Hazırda cavabdeh fərdi əməklə məşğul olduğu üçün qazancı qeyri-sabitdir. Ona görə də cavabdehdən sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X11 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, aliment növünün dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-1021/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin əmək haqqının 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 065855 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 atası X7, anası X1r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Samux Rayon Məhkəməsinin 2(058)-1021/2018 nömrəli, 12 oktyabr 2018 tarixli qətnaməsi ilə cavabdeh X2 xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavadehin rəsmi iş yerinin olmaması və rəsmi qaydada əmək haqqı almaması səbəbi ilə alimentin onun əməh haqqının 1/4 hissəsi məbləğində tutulması mümkünsüz olduğundan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı məhkəməyə cavabdehin gəlirləri barədə sübutlar təqdim etmədiyindən, məhkəmə alimentin tutulması üçün mümkün meyar kimi ölkə üzrə yaşayış minimumunu əsas götürür. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, 05 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X2 hər ay 160 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddianın qiyməti ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 1000 manatdan artıq olduğundan iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 39,20 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalniz məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-1021/2018 nömrəli, 12 oktyabr 2018 tarixli qətnaməsi ilə 05 oktyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin növü dəyişdirilərək sabit pul məbləğində müəyyən edilsin. 05 oktyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. X2 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-399/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-399/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver