Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-421/2025 29.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın iddiaçının yanında saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü uşağı X3 onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-782/2014 saylı 24 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il tarixində anadan olmuş X9, xx.xx.2005-ci tarixində anadan olmuş X5 və xx.xx.2010-cu il tarixində anadan olmuş X6 adlı övladları olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(058)- 206/2024 nömrəli qətnaməsi ilə uşaqlara 150 manat aliment təyin olunmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-1077/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çanatadək saxlanılması üçün 185 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. X6 xx.xx.2024-cü il tarixdən etibarən onunla birlikdə yaşayır. Bu səbəbdən də, o xx.xx.2024-cü il tarixdə xx.xx.2010-cu il təvəllüdlü X3 onun yanında qalma faktının müəyyən edilməsi alimentin dayandırılması və himayəsində olan uşağın onun yanında saxlanılması üçün aliment tələbinə dair Samux rayon 1 saylı mediasiya təşkilatına rəsmi müraciət etmiş, lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, uşaq uzun müddətdir ki, onun yanında yaşayır, bundan sonra da onun yanında yaşamaq istəyir. Ona görə də tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, uşaq həqiqətən də uzun müdətdir ki, özü könüllü atasının yanına gedərək atası ilə birlikdə yaşayır. O da uşağın sərbəst qərar vermək yaşda olmasını nəzərə alaraq onun atası ilə birlikdə yaşamağı seçməsini anlayışla qarşılayır və tələbin təmin olunmasına etiraz etmir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 atası İddiaçı, anası X2r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-782/2014 saylı 21 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə X4 arasında nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-1077/2014 saylı 19 noyabr 2024-cü il tarixli qətnaməsinin surətindən məlum olur ki, 13 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün hər ay 185 manat sabit pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilsməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunan arayışın surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2024-cü il tarixdən nümayəndəliyin Qarabağlar kəndində atası İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər; 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 61.4-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər; Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin nikahından doğulmuş X6 hazırda atası İddiaçı yanında yaşayır. Cavabdeh uşağın atasının yanında qalmasına etiraz etmir. Məhkəmə, uşağın yaşını (15 yaşında olmasını), onun uzun müddətdir ki atası ilə birlikdə yaşamasını və cavabdehin buna etiraz etməməsini nəzərə alaraq hesab edir ki, X3 atasının yanında qalması onun mənafeyinə uyğun olmaqla məqsədə müvafiq hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 13 sentyabr 2010-cu il təvəllüdlü X6 atası İddiaçı yanında saxlanılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-421/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-421/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver