Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-52/2025 19.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixdə doğulmuş X1 anası olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 06 sentyabr 2014-cü ildə doğulmuş X1 anası olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixdə doğulmuş X1 anası olmamasının müəyyən edilməsi” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-52/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-52/2025
19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver