Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-563/2023 17.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin və X5 3 yaşı tamam olana qədər uşağa baxdığına görə hər ay 100 manat pul tutularaq, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində el adət ilə ailə qurmuşlar xx.xx.2018-ci il tarixində nikahlarını rəsimləşdirmişlər. Onların faktiki nikahından xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2021-cı il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrlımışlar və uşaqları onun himayəsindədir. Hazırda o, övladları ilə birlikdə Samux rayonu, Qaraağaclı kəndində yerləşən ata evində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, hər uşaq üçün hər ay 100 manat məbləğində aliment ödəyə bilər. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan bir övladı anadan olmuşdur. Hazırda həmin nikahdan doğulmuş uşağı üçün də o, 120 manat aliment ödəyir. Məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2019-cu il tarixdə Gəncə Regional “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarından xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə Regional “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarından xx.xx.2021-ci il tarixdə X12 anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN-xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2018ci il tarixdə 2880 nömrəli aktla qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(058)-702/2020 nömrəli qətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 80 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış və Cavabdehe Şahin oğlundan hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq, X2 xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-563/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-563/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver